Bu boyda həngaməni kimsə görmür və tək tələb var: “Maska taxın!”


Bu boyda həngaməni kimsə görmür və tək tələb var: “Maska taxın!”
“Hamının bir-birinin ağzının içinə girdiyi, bir-birinin sifətinə nəfəs aldığı bu natəmiz şəraitdə bizi virusdan yalnız maska xilas edəcək?”
 
Yayın sonlarına yaxın Daxili İşlər Nazirliyi (DİN) ictimai nəqliyyatda maskasız sərnişinlərə nəzarəti gücləndirdi. Yayın isti olduğu günlərdə hüquq-mühafizə orqanlarının əməkdaşları bütün diqqətlərini metropolitenə yönəldərək, avtobuslardakı vəziyyətə demək olar ki, nəzarət etmirdilər. Ancaq payızın başlanğıcı ilə avtobuslarda maska moratoriumu sona çatır və havasız, bürkülü kabinədə maska taxmaq insanlar üçün başqa bir sınaqdır.
 
Heç də hamı bu sınağa hazır deyildi. Xüsusilə də “Koroğlu” metrostansiyasından hərəkət edən köhnə avtobusların sərnişinləri. Axı, bir qayda olaraq, burada "yol veteranları" cəmləşir, onlarda isə heç bir kondisioner yoxdur. İstilər hələ də davam edir və xüsusən də yaşlılara və sağlamlığı zəif olan insanlara gəldikdə, isti, sıxlıq olan avtobus salonları onların maska taxmasını demək olar ki, mümkünsüz edir. Ancaq bu amil, görünür, müvafiq strukturların rəsmilərini narahat etmir...
 
DİN-in əməkdaşlarının sözügedən metrostansiyasının ərazisində "koronavirus pandemiyası ilə əlaqədar qabaqlayıcı tədbirlər həyata keçirdiyi" bildirilir. Mətbuatda yayılan məlumatlara görə, “Polis əməkdaşları piyada keçidində, sərnişin avtobuslarında və taksilərdə izahlı söhbətlər təşkil edərək, onları karantin və sanitar rejim qaydalarına riayət etməyə çağırırlar. Onlara bildirilir ki, tibbi maskalardan istifadə məcburidir, əks halda onlar barəsində qanuni tədbir görüləcək”.
 
Məlum oldu ki, hüquq-mühafizə orqanlarının əməkdaşları təkcə  "profilaktika" ilə kifayətlənməyiblər. “Tibbi maskadan istifadə etməyənlər barəsində inzibati tədbirlər görülüb. Reyd zamanı avtobus sürücüsü və bir neçə sərnişin cərimələnib”, - deyə xəbər saytları yazır.
 
Ortaya qəribə bir sual ortaya çıxır: niyə xəbərlərdə tez-tez məhz "Koroğlu" stansiyası ətrafında reydlərin baş verməsi xəbərləri çıxır? İlk baxışdan hər şey aydındır – paytatxtda ən böyük nəqliyyat qovşağı burada yerləşir və buna görə də daha çox qanun pozuntusu baş verir. Və ən əsası, buradan paytaxtın qəsəbələrinə köhnə avtobuslar gedir - axı, uzun müddətdir ki, mərkəzdə işlər qaydasına salınsa da, Bakı qəsəbələrində "yol veteranları"nın dəyişdirilməsi prosesi çox ləng gedir.
 
İstismar müddəti keçirmiş avtobusların heç bir kondisioneri və ventilyasiyası yoxdur. Eyni zamanda, hüquq -mühafizə orqanlarının əməkdaşları nədənsə yalnız maska taxmağı tələb edir və pandemiyada sosial məsafəyə riayət etmək kimi vacib bir vəziyyətə heç nəzarət edilmir. Nəticədə, isti salonlar insanlarla doludur.
 
Belə şəraitdə maska taxmaq üçün necə bir sağlamlığa malik olmalısan? Sərnişinlərin qeyri-insani şərtlərə necə dözdüklərini elə həmin sərnişinlərin özləri AYNA-ya danışıblar. Bəzi fikirləri təqdim edirik:
 
“Baxın nə baş verir! İnsanlar sanki bir-birinin üsündə dayanır, nəfəs almağa da imkan yoxdur”, - deyə 184 nömrəli marşrutun sərnişini qəzəbini gizlətmir. Və davam edir: “Polis, deyəsən hansı şəraitdə olduğumuzu görmür - kondisioner yoxdur, az qala əzilməkdən və tıxacdan huşumu itirmişəm. İnsanlar arasındakı sosial məsafəyə niyə nəzarət etmirlər? Avtobuslarda sanitariya qaydalarına necə? Sürücü niyə salonu ağzına kimi doldurur? Yoxsa hamının bir-birinin ağzının içində olan, bir-birinin sifətinə nəfəs alan çirkli, basabas bir avtobusda sizi virusdan yalnız bir maska xilas edəcək?”.
 
171 nömrəli marşrutun sərnişini: “Polisin niyə yalnız maska tələb etdiyini və çirkli, sıxlıq dolu avtobuslara diqqət yetirmədiyini anlamıram. Axı, sağlamlığımızla maraqlanırlarsa, bundan başlamalıyıq. Avtobuslarda sıxlıq olmasa, təmiz hava olacaq, kondisionerlər işə başlayacaq, sonra heç kim maska taxmaqdan imtina etməyəcək. Avtobusun vəziyyətinə baxın: bura nə qədər havasız və çirklidir. Belə bir şəraitdə insanları maska ilə cəzalandırmaq düzgündürmü? Axı belə avtobusların sərnişinləri kasıb insanlardır. Başqa çarələri yoxdur, taksilərə, şəxsi maşınlara imkan yoxdur. Belə işə-evə getmək məcburiyyətindədirlər və həm də hər kəs maska taxa bilmir - insanlar onsuz da havasız və anormal bürküdə yol gedirlər”.
 
Sərnişinlərlə polis əməkdaşı arasında mübahisəyə çevrilən "qabaqlayıcı tədbirləri" müşahidə etmək şansımız da oldu. Günəşdən qızdırılan avtobusun içərisinə girən asayiş keşikçisi "maskasızlarla" az qala qışqırmaq, söymək və utandırmağa söv edən bir əmr tonunda danımağa başladı. İnsanların haqlı qəzəbinə belə cavab verdi: "Mənə də istidir!"
Tarix: 3-09-2021, 07:46
Xəbəri paylaş





Xəbər lenti