1-ci dozada “Sinovac”, 2-cidə “Pfizer” vaksini vurula bilər? - Həkimdən CAVAB

Son vaxtlar koronavirus əleyhinə vaksin vurdurmaq istəyənlərin müzakirəsində ən aktual suallardan biri budur: Birinci doza “Sinovac” vurulubsa, ikinci doza kimi “Pfizer” vurula bilərmi?
Modern.az-ın məlumatına görə, həkim-anestezioloq Şahin Məmmədov suala belə cavab verib:

“Qısa cavab verim: bəli, nəinki vurdura bilərsiniz, hətta vaksinləri kombinasiya etmək, qarışdırmaq daha məsləhətdir. Buna görə tədqiqatlar da aparılıb. Məlum olub ki ənənəvi vektor vaksinləri ilə yeni era mRNA vaksinlərini (“Pfizer”) kombinasiya etmək daha güclü immunitet yaradır, nəinki eyni vaksini iki dəfə vurdurmaq. Hətta tədqiqatda vektor+mRNA kombinasiyası iki mRNA vaksininin əmələ gətirdiyi immunitetdən də güclü olub. Delta variantından qorunmaq üçün vaksinləri dəyişik vurulması məsləhət görülüb. Əvvəlcə “Sinovac”  sonra “Pfizer” vurulması daha məsləhətdir, nəinki əvvəlcə “Pfizer” sonra “Sinovac”. Həm də iki vaksinin kombinə edilməsi zamanı əlavə təsirlər də az görülüb və daha təhlükəsiz olduğu məlum olub.
Mən tibbi tərəfini izah etdim. Amma bilmirəm ki, ikinci dozanı fərqli istəyən şəxsə poliklinkada işləyənlər, vaksin vuranlar nə cavab verəcək”.

Həkim “hansı vaksini məsləhət görürsünüz” sualına da cavab verib: “Əvvəlcə “Sinovac”, sonra “Pfizer”.
Tarix: 3-09-2021, 15:06
Xəbəri paylaş





Xəbər lenti