“Qanı yoxlamaqla saxta vaksin etdirənləri tapmaq mümkün deyil, camaatı aldatmayın" - Həkimdən ŞOK



“Qanı yoxlamaqla saxta vaksin etdirənləri tapmaq mümkün deyil, camaatı aldatmayın" - Həkimdən ŞOK
“Antitel analizi ilə saxta peyvənd edənləri aşkarlamaq absurd və cəfəngiyyatdır”

Azərbaycanda əhalinin xeyli hissəsinin 6 aydan çoxdur kovid peyvəndi prosesinə cəlb olunmasına baxmayaraq, sonradan bir çox insanların həkimlərlə əlbirliyi sayəsində saxta vaksinasiya edənlərin olduğu məlum oldu.

Peyvənd olunmasa da, əlində vaksin sertifikatı olanlar bir çox imtiyazlara malikdir və hər yerə rahat gedib-gələ bilərlər.
Saxta vaksinasiyasının qarşısını almaq və yalançı vaksin olunanların aşkarlanması üçün son zamanlar istər həkimlər, istər TƏBİB, istərsə də operativ qərargah tərəfindən müxtəlif təkliflər irəli sürülür. Ötən həftə saxtakarların qandan antitel analizi ilə təyin ediləcəyi barədə açıqlamalar oldu.
Hava limanı, bəzi strateji əhəmiyyətli yerlərdə vətəndaşın vaksin sənədi olsa da onu yoxlayacaqlar. Əgər həmin şəxsin qanında antitel yoxdursa, deməli, vaksin sənədi saxtadır.

Lakin immunologiyada belə bir qanun var ki, hər vaksin vurduranda antitel mütləq olaraq yaranmır. Hətta vaksin icad edənlər də bunu təlimatında qeyd edib. Vaksin yoluxmadan qorumur, antitellər çox az yarana və bir neçə aya itə də bilər. Bəs o zaman bu ideyanı ortaya atmaqla nəyə nail olunacaq?

Medicina.az xəbər verir ki,tanınmış psixiatr həkim, koronavirus pandemiyası, vaksinasiyasının əleyhinə olması ilə tanınan Abdulla Şıxlınski bu ideyanın mif, absurd olduğunu açıqlayıb.

Onun açıqlamasını təqdim edirik.

“Həkim olmayanlar və eləcə də jurnalistlər tibbi bilmədiyi üçün bəzi dırnaqarası həkimlərin yalan saxta açıqlamalarına inanır və onu tirajlayır. İmmunologiyanın qanunlarına görə mütləq deyil ki, peyvənd olunmuş insanın bədənində antitellər əmələ gəlsin.

Hətta əsl peyvənd vurulmuş adamın bədənində antitel heç əmələ gəlməyə bilər. Bu heç də həmin adamın vaksin olunub-olunmadığını göstərmir. Vaksin vurdurmağın yeganə sübutu sənəddir.

Əgər indiki kimi camaata paylanan vaksin sertifikatında ayın tarixi, həkimin adı, xəstənin adı və vurulan vaksinin növü yazılıb, möhür, imza varsa, bu artıq dəlil-sübutdur. Onu heç kim şübhə altına ala bilməz.
Çünki immun sistemin fəaliyyətini obyektiv göstərən heç bir müaynə metodu yoxdur.


Bəzi həkimlər hansı ki, kovid layihəsindən külli-miqdarda pul qazanır, saxtakarlıq edirlər, onlar insanları yanıldır, çaşdırırlar. Bir həkim var, layihənin aktiv üzvüdür. Mən bu həkimlərə faşist deyirəm, xalqın genosidi ilə məşğuldur.
Utanmadan çıxıb yazır ki, kim saxta peyvənd olunubsa, onun qanında anticisimlər olmayacaq, biz də onları belə tutacağıq.

Bu həkimlik adına yaraşmır, tibb adına ləkədir. Onlar bu açıqlama ilə əhalinin savadsız hissəsini aldada bilərlər, bizi yox.

Bir daha deyirəm, bu məsələ yalandır. Qanı yoxlamaqla vaksin olunanları aşkarlamaq məsələsi cəfəngiyyatdır, insanları gülünc vəziyyətə salmasınlar”.
Tarix: 8-09-2021, 21:37
Xəbəri paylaş





Xəbər lenti