Kardioloqlar insanları məlumatlandırmaq istəyirlər. Şəkər insan orqanizmində B1 vitaminin azalmasına səbəb olur. Bu isə ürək əzələsinin zəifləməsi başda olmaqla bir çox başqa təhlükəli xəstəliklərin meydana gəlməsinə səbəb olur.
Belə ki, B1 vitamini maddələr mübadiləsində, zülal və karbohidrat mübadiləsində yaxından iştirak edir.
Həddindən çox şirniyyat yeyən uşaqların sağlam inkişafdan qalmasının səbəbi də şəkərdə görülür.
Hollandiyalı bir rejissor bir ay müddətində şəkər tərkibli qidalardan imtina etmək qərarına gəlir. Bu qərarın qəbul edilməsinə səbəb isə onun yüksək təzyiqdən və qanda xolesterinin miqdarının çox olmasından əziyyət çəkməsi olub.
Alimlər şəkərin insan orqanizmində bir çox patologiyalara səbəb olduğunu çoxdan sübut ediblər. Sağlam olmaq üçün lazım olan şəkər miqdarının isə müxtəlif təbii qidalar vasitəsilə qəbul edilməsinin daha düzgün olduğu isə elmə çoxdan məlumdur.
Hollandiyalı rejissor bu eksperimenti həkimlərin nəzarəti altında həyata keçirib. Əvvəlcə, o bütün tibbi müayinələrdən keçib. Müayinə zamanı hətta beyin və ürəyin fəaliyyəti də yoxlanılıb. Oğlanın müayinələr zamanı sağlam olduğu aşkarlanıb, yalnız qanda xolestrinin miqdarı həddindən çox artıq olub.
Həkimlər oğlanda meydana çıxan yüksək təzyiqin səbəbini isə xolesterinin yüksək olması səbəbindən olduğunu da qeyd ediblər.
Eksperiment müddətində bir həftə hər şey normal yolunda gedib. Xəstə oğlan gün ərzində yumurta, meyvə və ağartı məhsulları ilə qidalanıb. Bir həftə sonra isə orqanizmin şəkərə olan ehtiyacı narahatlıq hissinin meydana çıxmasına səbəb olub. Bu zaman aclıq, yeməkdən doymamaq hissi, baş ağrısı, baş hərlənməsi kimi əlamətlər meydana çıxıb.
Həkimlər bunun səbəbini qanda şəkərin normadan aşağı olması ilə əlaqələndirib. Bu zaman isə orqanizmin şəkərə olan təlabatı quru meyvələr qəbul etməklə aradan qaldırılıb və oğlana dözümlü olmaq məsləhət görülüb.
Kişmiş, qaysı, banan qurusu, xurma və s. kimi quru meyvələr yeməklə orqanizmin şəkərə olan normal təlabatı aradan qalxıb və bir neçə gün sonra oğlan quru meyvə deyil, təzə və lətli meyvələr yemək istədiyini qeyd edib. Daha sonra isə normal və şəkərsiz qidalanmaya keçib. Bir ay ərzində oğlanın çəkisi 4 kq azalır və qanda xolesterinin miqdarı normallaşır. Bu dövrdə isə onun arterial təzyiqi də normallaşır.