Koronavirusun "davamçıları": Dünya yeni virusların cəngində - BİZİM ARAŞDIRMA


Koronavirusun "davamçıları": Dünya yeni virusların cəngində - BİZİM ARAŞDIRMA

Rusiyanın “Vektor” mərkəzinin mütəxəssisləri qızdırma simptomlarına səbəb ola biləcək yeni virus təsbit ediblər.
Yeni patogenə Rusiyanın cənubundakı Manıç çayının şərəfinə “manych” adı verilib. Virus Rostov vilayətində tibb müəssisələrindən “Krım-Konqo hemorragik qızdırması” (KKHQ) olan pasiyentlərin qan zərdab nümunələrində tapılıb.
“Manych”a gənə dişləməsindən yoluxmaq mümkündür. Əsas simptomlar titrəmə və təxminən 39 dərəcə yüksək temperaturdur.
Mütəxəssislərin fikrincə, hələlik “manych” təhlükə yaratmır. Bununla belə, virusun mutasiya edə biləcəyi də istisna edilmir.
Ümumiyyətlə, koronavirusdan sonra yeni virusların sayı daha da artmağa başlayıb. Hər ay demək olar ki, müxtəlif ölkələr araşdırma nəticəsində fərqli virusun aşkar edildiyi barədə açıqlama yayırlar.
Cebhe.info koronavirusdan sonra yaranan və təhlükəli hesab edilən viruslar barədə araşdırma edib.
*Nigeriyanın Lagos şəhərindən ABŞ-a gələn bir şəxsdə "meymun çiçəyi" virusu aşkarlanıb. Ölkədə ilk virusa yoluxma halı aşkar edildikdən sonra 200 nəfər nəzarət altına alınıb. Belə ki, Dallasda xəstəxanada müalicə olunan şəxsin vəziyyətinin stabil olduğu bildirilib. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alma Mərkəzləri (CDC), şəslə əlaqədə olanların hər birinin nəzarət altında olduğunu qeyd olunub.
* Qərbi Afrika ölkələrindən biri olan Qambiyada poliomielit virusu (poliovirus) aşkarlanıb.Poliovirus uşaq iflici virusu hesab olunur.Qambiya Səhiyyə Naziri Lamin Samateh ölkənin paytaxtı Bajul və Kotu bölgəsindən götürülmüş nümunələrdə poliovirusun aşkarlandığını bildirib. Təxminən 2 milyon əhalisi olan ölkədə çox qorxulan virusun yayıldığını ifadə edən Samateh hökumətin epidemiyanı dayandırmaq üçün bir peyvənd hazırladığını açıqlayıb.
Peyvəndlərin beş yaşından kiçik bütün uşaqlara vurulacağı bildirilib.
*Tailandda koronavirusa çox bənzəyən, hətta onun "qohumu" olaraq təqdim olunan yeni və daha təhlükəli bir virus tapılıb. Virusa "RacCS203" adı verilib.Alimlər bildiriblər ki, o, COVID-19-a səbəb olan Sars-CoV-2 virusu ilə 90 faiz bənzərlik təşkil edir.Sinqapur Universitetinin professor Lin-Fa-Vanqın rəhbərlik etdiyi alimlər qrupu bildirib ki, Sars-CoV-2-yə bənzəyən bir çox virusa Asiyanın fərqli bölgələrində rast gəlinir.Sözügedən virusu at nalı yarasalarının törətdiyi qeyd edilir. Virusun sahəsi 4 min 800 kilometrə qədər genişlənib.
*Hindistan Milli Virusologiya İnstitutunun alimləri bu ölkənin Maharaştra əyalətindəki yarasalarda "Nipah" virusu aşkarlayıblar. Qeyd edək ki, məlumatın ilkin mənbəyi "Journal of Infects and Public Health"-də dərc olunan elmi məqalədir.Həmin məqalədə bildirilir ki, ümumilikdə yarasalarda rast gəlinən virus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyanın ən təhlükəli infeksiyalarından biri hesab olunur. Bu infeksiya daha çox yoluxmuş məməlinin tüpürcəyi ilə çirklənmiş meyvələrlə qidalanan insanlarda qeydə alınır. Özü də hazırda virusa qarşı heç bir müalicə üsulu və ya peyvənd preparatı yoxdur, ölüm nisbəti isə 40-75 faiz arasında dəyişir.
Qeyd edək ki, daha əvvəl Hindistanda sözügedən infeksiyanın xəstəliyin dörd ocağı müəyyən edilib. Nipah virusu ilk dəfə 2001 və 2007-ci illərdə Qərbi Benqaliyada qeydə alınıb. Bundan başqa, daha iki dəfə - 2018 və 2019-cu illərdə Kerala ştatında da bu virus aşkarlanıb.Alimlər bildiriblər ki, 2020-ci ilin martından bu yana Mahabaleşvara mağarasında yaşayan "Rousettus leschenaultii" və "Pipistrellus Pipistrellus" növündən olan 80 yarasadan nümunələr götürülüb, onlarda RNT və "Nipah" virusuna qarşı antitellərin olduğu müəyyənləşdirilib.
*Hindistanda ötən aylarda yeni bir xəstəliyin qığılcımı aşkarlanıb. Bu, mukormikoza, xalq arasında “qara kif” adlanan göbələk xəstəliyidir. Alimlər bu xəstəliyin ölkədən kənara çıxacağından narahatdır.Hind “qara kif” xəstəliyi burun, ağızdan orqanizmə daxil olur, ağciyərləri, gözləri zədələyir. Bu xəstəliyə koronavirusa yoluxmuşlar da yoluxur və ölüm halları da az deyil.Rusiya mütəxəssisləri bu xəstəliyin Rusiyaya və digər ölkələrə çatıb-çatmayacağını və fəsadlarını müzakirə edib.
Mukormikoz Mucorales göbələk ailəsi tərəfindən yaranır, daha çox çürümüş torpaqda yaranır. Şəkərli diabet, xərçəng və qaraciyər xəstələrində ağırlaşmalar zamanı olur.Eləcə də hormonal steroid dərmanlar bu göbələyin inkişafına təkan verir. Görünür, Hindistanda milyonlarla insana bu dərmanların koronavirusa görə verilməsi göbələyə geniş imkanlar yaradıb. Hindistan pandemiyadan əvvəl də bu göbələk üzrə dünyada çox xəstə olan ölkə olub.
Həkimlər “qara kif”in yüksək ölüm faizi olduğunu bildirirlər. Göbələk bədənə zəhərləyici təsir göstərir, üz, gözlər, ağciyərləri zədələyir. Onu təkcə “qara kif” yox, “qara ölüm” də adlandırırlar.Hindistanda diabet və digər xəstələrə koviddən müalicə məqsədilə deksametazon kimi dərmanların verilməsi fonunda göbələyin bu xəstələrdə və daha sonra onlardan digər insanlara keçməsinə şərait yaradıb.
Tarix: 11-09-2021, 23:09
Xəbəri paylaş





Xəbər lenti