"Virusun bitməməsi üçün çalışan çox güclü qüvvələr var" - Həkimdən ÇAĞIRIŞ



“İndiki pandemiya olmasaydı, bu qədər şpris, bu qədər dərman, bu qədər tibbi avadanlıq, aparaturalar və s. satılacaqdımı? Kim idi məsələn D dimer, ferritin kimi az istifadə edilən analizlərin reagentlərini istifadə edən?”.

Pravda.az-ın xəbərinə görə, bunu həkim reanimatoloq-anestezioloq Şahin Məmmədov "facebook" səhifəsində qeyd edib. Onun sözlərinə görə, COVID-19 virusunun müalicəsində istifadə edilən məhşur dərmanlar əvvəllər də var idi, amma yaxşı satış olmurdu.

“Vaksin istehsal edənlər üçün pandemiya çoxdan arzuladıqları, göydəndüşmə fürsətdir. Hər ölkə çoxsaylı süni tənəffüs aparatları, cpap maskalar, geyimlər almağa məcbur oldu və s.

Süd verən inəyi, bar verən ağacı kəsərlər heç? Pandemiyanın davam etməsi, bitməməsi təkcə böyük farmakoloji mafiyalara yox, bir çox sahədə çoxsaylı oliqarxlara sərf edir. Yəni virusun bitməməsi üçün çalışan çox güclü qüvvələr var. Onları COVID-19-un “daydayısı”, “krışası”, havadarları adlandırnaq olar. Vaxt var idi, ölkədə cəmi 50 nəfər COVID-lə xəstələnmişdi, ciddi qapanmalara gedilmişdi. İndi minlərlə infeksion xəstə var, vaksinasiyadan başqa heç bir tədbir görülmür.

Ona görə də siz yaxınlarınızı şəxsən özünüz qoruyun. Əhali sıx olan yerlərə getməyin, ara məsafəsini gözləməyə, gigiyenik qaydalara maksimum əməl etməyə çalışın”,-deyə azərbaycanlı həkim bildirib.
Tarix: 19-09-2021, 09:51
Xəbəri paylaş





Xəbər lenti