Tibbi sığorta ilə özəl xəstəxanalara hansı xəstələr göndərilir? - VİDEO




Dövlət tibb müəssisələrində aparılması mümkün olmayan müalicələr icbari tibbi sığorta çərçivəsində özəl xəstəxanalara göndərilib.

Bizim.Media xəbər verir ki, cari ilin 9 ayının göstəricilərinə əsasən, ölkə üzrə 14 mindən çox vətəndaş tibbi xidmətlərdən yararlanıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 27 özəl tibb müəssəsi ilə müqaviləsi var və bu siyahı daim yenilənir.

Xidmətlər zərfinə daxil olan, lakin dövlət tibb müəssələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlər özəl klinikalara göndərilir.

Qeyd olunub ki, özəl xəstəxana seçimi zamanı xəstənin istəyi nəzərə alınır.

Mövzu ilə bağlı daha ətraflı "Xəzər Xəbər"in hazırladığı sujeti təqdim edirik:


Tarix: 15-12-2021, 08:09
Xəbəri paylaş





Xəbər lenti