“Virus gömrük tanımır”: “Omikron”artıq Azərbaycana gəlib - HƏKİM


“Virus gömrük tanımır”: “Omikron”artıq Azərbaycana gəlib - HƏKİM

Koronavirusun "Omikron" ştammı indiyədək 77 ölkədə aşkar edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.
“Omikron” heç bir başqa variantda görmədiyimiz sürətlə yayılır”, - ÜST rəhbəri əlavə edib.
“Omikron”un Azərbaycana nə vaxt gələcəyi və hazırda sözügedən virusun ölkəmizdə olmağı sual altındadır.
Mövzuya dosent, cərrah Ədalət Rüstəm münasibət bildirib.
Həkim Cebhe.info-ya açıqlamasında bildirib ki, koronavirusun “Omikron” ştammı artıq Azərbaycana gəlib:

“Virusu tanımaq və dəqiq təyin etmək üçün avadanlıq lazımdır. Azərbaycan gərək ÜST -dən ştammları ayırd etmək üçün lazımı avadanlıqları alsınlar ki, ştammın ölkəmizdə olmağını yoxlaya bilsinlər. Virus gözəgörünən şeydir”.
Dosent bildirib ki, virus gömrük tanımır:
“Son elmi məlumatalara görə, virusun yayılma sürəti həddindən artıq yüksəkdir. Buna baxmayaraq, xəstələndirmə və öldürmə qabiliyyəti zəifdir. Yəni insan virusa yoluxa, lakin xəstələnməyə bilər. Olsa da xəstəliyi yüngül keçirəcək”.
Ədalət Rüstəm bildirib ki, hətta “Omikron”ştammının insanlarda virusa qarşı təbii immunitet yaradacağı barədə fikirlər də var:
“Virus müdafiəçi qismində iştirak edəcək. Bunu alimlər, tədqiqatçılar deyir“.
Xatırladaq ki, “Omikron”un Azərbaycanda olması rəsmən təsdiqlənməyib.
Tarix: 15-12-2021, 21:33
Xəbəri paylaş





Xəbər lenti