Yüksək təzyiqə real kömək edən populyar ərzaq: Fıstıq


Fıstıq hipertoniya ilə mübarizədə kömək edə bilər.
Bu barədə Amerika Kadioloqlar Assosiasiyasının alimləri xəbər veriblər.
«Daily Express»in xəbər verdiyi kimi aparılmış tədqiqatlar göstərib ki, fıstıq yüksək təyiqin aşağı salınmasına kömək edib.
Eksperimentdə 2 qrup könüllü iştirak edib - eyni zamanda hipertoniyaya və ikinci tip diabetə meyllilər.
Eksperiment dövründə birinci qrup tərkibində yağın miqdarı aşağı olan və böyük miqdar karbohidrat olan ərzaqla qidalanıblar, ikinci qrupun rasionuna isə fıstıq əlavə ediblər. Bir aydan sonra alimlər bu nəticəyə gəliblər ki, fıstıqın sayəsində ikinci qrupda təzyiq əhəmiyyətli dərəcədə aşağı düşüb, həm də onlarda ürək ritmi yüksəlib, ürək ritminin variabelliyinin bəzi göstəriciləri yaxşılaşıb.
Dietoloq və endokrinoloq Alyona Barredo bildirib ki, fıstıq polidoymamış yağ turşuları ilə zəngindir və onlar xolesterinin miqdarını azaltmğa kömək edir. Həm də fıstığın tərkibində A və E vitaminləri çoxdur və onlar dərinin cavanlığını saxlayır, immunitetə dəstək olur və görmə qabiliyyətini yaxşılaşdırır.
Tarix: 25-12-2021, 08:55
Xəbəri paylaş





Xəbər lenti