“Omicron variantı Avropadan sonra Türkiyədə yayılmağa başladı”
“Koronavirusun Omicron variantı Avropadan sonra Türkiyədə yayılmağa başladı”.
Pravda.az-ın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində bu paylaşımı edib.
Nazir bildirib ki, Türkiyədə COVİD-19-a yoluxanların 10 faizində koronavisrusun omicron variantına rast gəlinir: “Bu vəziyyət koronavirusa qarşı peyvənd olunmaq üçün buster dozanı daha vacib edib. 3 ay əvvəl peyvənd olunanlar peyvəndin effektivliyini gücləndirməlidir”, deyə nazir bildirib.
Tarix: 26-12-2021, 08:43