Azərbaycanda daha 511 nəfər koronavirusa yoluxub, 13 nəfər vəfat edib

Azərbaycanda daha 511 nəfər koronavirusa yoluxub, 13 nəfər vəfat edib
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 511 yeni yoluxma faktı qeydə alınıb, 1 178 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 614 630 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 595 098 nəfər müalicə olunaraq sağalıb, 8 297 nəfər vəfat edib. 11 235 nəfər aktiv xəstə sayını təşkil edib.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 328, bu günə qədər isə ümumilikdə 5 817 708 test icra olunub.
 


Tarix: 26-12-2021, 22:23
Xəbəri paylaş





Xəbər lenti