Qan təzyiqini aşağı salan 3 bitki çayı
Qan təzyiqi hipertoniya və aşağı təzyiq olaraq ikiyə yerə bölünür. Hipertoniya xəstələrinin sayı daha çoxdur. Bəs qan təzyiqini aşağı salan otlar hansılardır?
Hipertoniya 40 yaşdan yuxarı şəxslərin qorxulu yuxusudur. Hipertoniyanın simptomlarına baş ağrısı, hərəkətin yavaşlaması və üzün qızarması daxildir.
Siam.az hipertoniya xəstələri üçün faydalı olan 3 bitki çayını təqdim edir:
Kəklikotu: Qan təzyiqini aşağı salan təsirə malikdir. Dodaq quruluğunu və çatlarını sağaldır. Yeməklərin saxlanmasında konservantdır. Əzələ pozğunluqlarında əzələləri yumşaldır.
Pişik otu: Qan təzyiqini aşağı salan valerianın yüngül gərginliyi azaltmaqda və yuxusuzluğun müalicəsində faydalı olduğunu göstərən bir çox araşdırma var. Narahat ayaqlar sindromu, miqren, baş ağrıları, narahatlıq pozğunluqlarına yaxşı gəldiyinə dair araşdırmalar hələ də davam edir.
Cökə çiçəyi: Stress nəticəsində yaranan sızanaq və bəzi dəri xəstəliklərinin sağalmasına kömək edir. Gərginliyi aşağı salır.Qadinklubu.com
Tarix: 31-12-2021, 08:55