Diabet riskini azaldan məhsul AÇIQLANDI



Brüssel kələmi qanında şəkərin səviyyəsi yüksək olanlar üçün çox faydalıdır.
Bunu britaniyalı həkim Sara Brever bildirib.
O, bu məhsulun mütləq pəhrizə daxil edilməli olduğunu söyləyib. Belə ki, Brüssel kələminin tərkibində bir çox faydalı elementlər, o cümlədən C və E vitaminləri, kalsium, lif və antioksidantlar var.
"Kələm öz-özünə qanda qlükoza səviyyəsini aşağı salmır. Lakin yeməkdən sonrakı yüksəlməni ləngitməyə kömək edir”, - deyə  Brever izah edib.
Həkimin sözlərinə görə, Brüssel kələminin tərkibində alfa-lipoik turşu var ki, bu maddə müxtəlif araşdırmalara görə, orqanizmin insulinə həssaslığını artıra bilər. Məhz bu element liflə birlikdə şəkərli diabetin inkişaf riskini azaldır. (oxu.az)
Tarix: 1-01-2022, 09:26
Xəbəri paylaş





Xəbər lenti