ÜST-dən yeni "Deltacron" AÇIQLAMASI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun son yaranan variantı ilə bağlı suallara aydınlıq gətirib.


Modern.az xəbər verir ki, ÜST-ün Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya van Kerkhove "Twitter" hesabında bildirib ki, koronavirusun "Deltacron" ştamı virusun iki variantının birləşməsi deyil.


Mariya van Kerkhove yeni ştamın "Deltacron" adlandırılmamasına qarşı çıxıb.

ÜST nümayəndəsi qrip və COVID-19-un eyni vaxtda xəstəlik mənasını verən “Deltacron”, eləcə də “Fluron” anlayışından istifadə etməməyə çağırıb:

"Bu sözlər virusların variantların birləşməsini nəzərdə tutur, amma bu baş vermir".


Qeyd edək ki, koronavirusun ilk dəfə Kiprdə aşkarlanan yeni ştamının daha əvvəl məlum olan iki variantın – “Delta” və “Omicron” variantlarının kombinasiyası olduğu bildirilirdi. Buna görə də yeni ştam törədiciləri müvafiq olaraq “Deltacron” adlandırılıb.
Tarix: 11-01-2022, 08:52
Xəbəri paylaş





Xəbər lenti