Uşaqlar arasında yayılan xəstəliklə bağlı açıqlama - VİDEO
Hazırda uşaqlar arasında COVID-19-dan daha çox "influenza" virusu yayılıb.
Pravda.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Əkbər Quliyev deyib.
O bildirib ki, "influenza" virusu dekabrın əvvəlindən daha çox müşahidə olunmağa başlayıb və hazırda artmağa davam edir.
Həkim-pediatr bildirib ki, son həftələr ərzində bu virusa yoluxan uşaqlar kifayət qədərdir. Bu cür vəziyyətlərdə mütləq həkimə müraciət edilməli və müalicə yalnız mütəxəssis tövsiyəsi əsasında aparılmalıdır.
Həkim-pediatr onu da qeyd edib ki, virus 0-5 yaş qrupu uşaqlara daha çox təsir edir.