3 dəfə müayinədən keçdi, hər birində xəstə olduğu təsdiq edildi, amma... – AĞCABƏDİ SAKİN ONA QANUNSUZ OLARAQ PENSİYA VERİLMƏDİYİNİ İDDİA EDİR

3 dəfə müayinədən keçdi, hər birində xəstə olduğu təsdiq edildi, amma... – AĞCABƏDİ SAKİN ONA QANUNSUZ OLARAQ PENSİYA VERİLMƏDİYİNİ İDDİA EDİR

Ağcabədi rayonu, Yeni Qaradalaq kənd sakini, hal-hazırda Binə qəsəbəsi, Xəzər rayonu, Südçülük sovxozunda yaşayan Bayramov Rəfael Əhməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, onun pensiyası qeyri-qanuni olaraq kəsilib:
 "Mən, Bayramov Rəfael Əhməd oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırın.
2015-ci ildə insult xəstəliyi keçirdim. Beynimə qan sızmışdı. Mənə həkim diaqnozu ilə 2-ci qrup əllilik verildi. İki il əvvəl - 2021-ci ildə pensiyamın qarşısını bağladılar, yəni kəsdilər.
Saxta heç nə etmədiyimi bildiyimə görə, problem etmədən komissiyadan keçməyə getdim. Sistemə mənim məlumatlarımı daxil etdilər, lakin imtina gəldi.
Narazılığımdan sonra məni 1 saylı Şəhər Klinik Xəstəxanasına göndərdilər. Orada tam xəstə olduğum müəyyən olundu.  İkinci dəfə yenə sistemə vurdular, bu zaman yenə imtina gəldi. Bu dəfə məni başqa bir xəstəxanaya - "Zəfəran" Hospitalına göndərdilər. Orada da yenə təsdiq olundu ki, bir tərəfim işləmir. 3-cü dəfə yenə sitemə vurulsa da, imtina cavabı verildi.
Həkim məsləhət gördü ki, get "DOST" Xidmətinə, orada sənə kömək göstərərlər. Onlar da mənə məhkəməyə müraciət etməyimi məsləhət gördülər. Hal-hazırda pensiya almıram, müalicəm, dolanışığım yoxdur. Məhkəməyə müraciət etmək üçün rüsüm ödəmək lazımdır, pulsuz olmur. Mənə kömək edin, bu qədər özbaşınalıq olmaz axı".
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Bildirdilər ki, araşdırılacaq.
Jalə FAMİLQIZI
Tarix: 8-09-2023, 18:26
Xəbəri paylaş





Xəbər lenti