İspan tibb mütəxəssisləri Barselonada 2000-dən çox insanın tibbi məlumatlarını analiz edərək belə nəticəyə gəliblər ki, gecə saat 23-24 arası və gecəyarı oyanıb yemək yemək süd vəzi və prostat xərçənginin inkişafına səbəb ola bilər. Siam.az saglamolun.az-a istinadən xəbər verir ki, yatmazdan 3 saat əvvəl yemək yemək və səhərə qədər heç nə yeməmək onkoloji prosesləri 20% azaldır. Axşam yeməyini saat 21:00-a kimi bitirmək lazımdır. Tədqiqatda 621 nəfər prostat xərçəngi və 1205 nəfər süd vəzi xərçəngi xəstələri də araşdırılıb, onların sutkalıq ritmi normadan uzaq idi. Gec yatıb, gecələr yemək yemək vərdişləri var idi. Sutkalıq bioritmi pozulan insanda hormonların sutkalıq aktivliyi yerini dəyişir, bu da orqanizmdə fəsadlar verir. |