Onkoloji Klinikanın öz qanunları var?-NARAZILIQ


Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının laboratoriyası. Onkoloji xəstələr qan analizi verəcəklər. 30-60 manat arası pul verəcəklər. Sonra onkoloqlar onlara kimya üçün resept yazacaq və dərmanlar onlara 400-2000 manat arası pul hesabına başa gələcək. 
Diqqətinizə çatdırmaq istəyirəm ki, Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı "Onkoloji Yardım" haqqında Qanuna görə ölkələrdə Onkoloji xəstələrin bütün xərcləri Dövlət Büdcəsi hesabına ödənilir və hər il üçün 50-60 milyon manat pul vəsaiti ayrılır.
Bəs niyə əməl olunmur? Buna, bu Qanunun icrasına kim nəzarət etməlidir və niyə nəzarət olunmur? Niyə? 
P S. Xatırladıram ki,  Onkoloji Klinikanın direktoru akademik,  Dövlət mükafatı laureatı, deputat Əhliman Əmiraslanovdur.

Allahverdi Hasanov
https://www.facebook.com/photo/?fbid=6802039526520595&set=a.681409718583637
Siam.az
Tarix: 12-09-2023, 10:30
Xəbəri paylaş





Xəbər lenti