"Bu halda həkimlərlə firmaların yenə də işbirliyi olacaq" - Aydın Əliyev
Bildiyimiz kimi, “Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliyə əsasən, reseptlərdə dərman adlarının deyil, tərkib hissələrinin yazılması nəzərdə tutulur.Bəzi dərman vasitələrinin apteklərdən buraxılması yalnız resept əsasında həyata keçirilə bilər. Bu cür dərman vasitələri həkimlər tərəfindən reseptə yazılarkən, onların ticarət adı deyil, yalnız təsiredici maddə və tərkibi qeyd edilməlidir.
Bəs dərmanların adının yox, tərkibinin reseptə yazılması "qara bazara" necə təsir egdəcək?
Mövzu ilə bağlı Redaktror.Az-a danışan həkim-radioloq Aydın Əliyev dedi ki, əgər qərar həyata keçirilərsə, yəni kağız üzərində qalmasa, bu qərar yaxşı qərardır:
"Bildiyimiz kimi eyni tərkibli dərman preparatı müxtəlif ticari adlarla bazara çıxarılır. Burda da müxtəlif firma istehsalı olan eyni tərkibli dərman preparatları müxtəlif qiymətlərə satılır. Bəzən dərmanlar çox baha qiymətlərə olur. Yəni qərar bunun qarşısını xeyli dərəcədə yəqin ki, alacaq. Həkim molekulu yazacaq və aptekdə çalışan səriştəli və savadlı olmalıdır ki, molekulu tanıya bilsin.
Əksər apteklərdə satıcılar dərin tibbi bilgiyə malik olmadığına görə dərmanları ticari adlarla tanıyırlar. Düzdür, əksər xəstələr həkimdən soruşurlar, hansı tərkibli filan olsun. Bu halda həkimlərlə firmaların müəyyən qədər yenə də işbirliyi olacaqdır. Belə deyək də, həkim qeyri-rəsmi olaraq xəstəyə hansısa bir dərman preparatı tövsiyə edəcək. Amma yenə də bu qayda ümumi pasientlərin xeyrinə olaraq bir dəyişiklik yarada biləcək".
Siam.az
Tarix: 10-10-2023, 23:47