TƏBİB-də “Uğurlu Şərlənmə” prosesi: Vüqar Qurbanovun Bundan Niyə Xəbəri Yoxdur?


Xəbəral.az xəbər verir ki, TƏBİB sədri Vüqar Qurbanov son vaxtlarda təyin olunan ən humanist və uğurlu məmurlardan sayılır.
Vüqar Qurbanovun öz işciləri ilə yanaşı hər hansı problemlə bağlı ona müraciət edən digər insanlarında hörmətini qazanıb.
Lakin Vüqar Qurbanovun gördüyü işlərə öz işciləri tərəfindən kölgə salanlar var.
TƏBİB-də vətəndaşlarla sıx işləmək istəyən işcilərin təqdimatı sədr Vüqar Qurbanova düzgün çatdırılmır. İşini bilən işçilər dərhal işdən uzaqlaşdırılır və yaxud yerləri başqa şöbələrə dəyişdirilir.
Belə çıxır ki, Vüqar Qurbanov TƏBİB də normal komanda formalaşdıra bilməyib.
TƏBİB-in İnsan Resuslarının fəaliyyəti yoxa bərabərdir. TƏBİB-in İnsan Resuslarının İdarə edilməsi departamentinin işini mətbuat xidməti aparır.( Bununla bağlı şahid olduğumuz məsələlər var onları sizlərə yaxın günlərdə təqdim edəcəyik)
Nəzərinizə çatdıraq ki, TƏBİB-in İnsan Resuslarının İdarə Edilməsi Departamentinin yeni rəhbəri Vüqar Qurbanovun yaxın dostu, daima rüşvət qalmaqalında adı hallanan Emin Xasıyevdir.

Qeyd edək ki, Emin Xasiyev bundan əvvəl Respublika Kliniki Xəstəxanasında rüşvətə görə xaric edilmişdir

Xəbəral.az xəbər verir ki, TƏBİB-ə müraciət edən insanlara bəzi, işcilər tərəfindən üstən aşağı baxılır.
Bu da birbaşa Vüqar Qurbanovun gözdən salınmasına hesablanıb.
Çox güman ki, Vüqar Qurbanovun TƏBİB-də gedən proseslərdən hələ də xəbəri yoxdur.
Deyilənə görə, TƏBİB də savadlı kadrlar şərlənərək işindən uzaqlaşdırılır. Şərlənmə prosesi bir nəfər xanım işcinin əli ilə həyata keçirilir.
Sözügedən məsələ ilə bağlı TƏBİB sədrinin özü ilə şəxsən görüşüb məsələni onun diqqətinə çatdırmaq istəyirik.
Bu fürsət bizə verilsə faktlarla çox hörmətli Vüqar Qurbanovu şəxsən xəbərdar edəcəyik.
Araşdırmamız davam edir…
Mövzuya qayıdacağıq.
Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyır.
Xəbəral.az
Tarix: 20-10-2023, 23:15
Xəbəri paylaş





Xəbər lenti