Bədənimizdəki bu orqanlar artıqdır – Onlarsız yaşamaq olur


Çin alimləri elmi araşdırma ilə insanın 7 orqansız yaşaya bilməsini sübut etməsi sensasiyaya səbəb olub. Alimlər siyahıya sidik kisəsi, appendiks, bir ağciyər, mədə və bir böyrəyi daxil edib.

Siam.az "Medicina"a istinadən xəbər verir ki, əslində isə siyahı uzundur, hətta bunu 100-ə çatdırmaq olar.

- Badamcıqlar - boğazda olan bu orqanları olmadan milyonlarla insan yaşayır və çox vaxt uşaq yaşlarından kəsilib götürülür.

- Dalaq - onu da qan xəstəliklərində kəsirlər. İnsan heç belə orqan olmamış kimi yaşayır.

- Çox qadınlarda süd vəzi, yumurtalıq, borular, uşaqlıq, kişilərdə xayalar götürülür.

Həyati vacib 5 orqan var ki, onlar olmasa insan yaşamaz: ürək, beyin, ağciyər, böyrək, qaraciyər.

Eləcə də dəri olmasa insan ölə bilər.

Mədəaltı vəz də riskli orqandır, bütün orqanizmi idarə edir. Amma hazırda bu orqanı olmadan yaşayan insanlar var.

Ən vacib canlı orqanlardan biri də bağırsaq mikroflorasıdır, daha doğrusu orda yaşayan mikroorqanizmlərsiz heç bir canlı yaşaya bilməz.

Qalan orqanlarsız insan real olaraq məcburiyyət qarşısında qalarsa insan yaşaya bilər: gözlər, dodaq, qulaq, dişlər, saçlar, əllər. Bir sözlə, alimlər 79 orqan deyir.
Tarix: 10-12-2023, 08:30
Xəbəri paylaş





Xəbər lenti