Borçalı İctimai Birliyinin tədbirində deputat Əflatun Amaşova ittiham

Borçalı İctimai Birliyinin tədbirində deputat Əflatun Amaşova ittiham Dünən "Borçalı" İctimai Birliyin BMM-də keçirilən tədbirində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Yaqub Mahmudov çıxışı zamanı bildirib ki," Milli Məclisdə Borçalının problemləri ilə bağlı tez-tez çıxışlarım olur. Çox təəssüf edirəm ki, o bölgədən olan deputatlarmız həmişə susurlar".
Çox maraqlı olan odur ki, Milli Məclisdə əslən Borçalıdan olan yeganə millət vəkili var, o da Mətbuat Şurasının Sədri Əflatun Amaşovdur. Bu isə deməyə əsas verir ki, "Borçalı" İctimai Birliyin tədbirində, millət vəkili Yaqub Mahmudovun ittihamı məhz millət vəkili Əflatun Amaşova qarşı ünvanlanıb. Yəni Əflatun Amaşov Gürcüstandakı soydaşlarımızla, onların problemləri ilə bağlı Milli Məçlisdə çıxış etmir və susmağa üstünlük verir. Siam.az
Tarix: 30-01-2017, 08:24
Xəbəri paylaş





Xəbər lenti