Prezident məmurlarla sərt danışdı - Verdiyim tapşırıqlar yerinə yetirilməlidir

Prezident məmurlarla sərt danışdı - Verdiyim tapşırıqlar yerinə yetirilməlidir "İşində pozuntuya yol verənlər lazımi səviyyədə cəzalandırılacaqlar"

Bu il iki daha “ASAN xidmət” mərkəzi açılmalıdır. istiPress-in məlumatına görə, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev deyib.

Yeni mərkəzlərin Quba və Mingəçevir şəhərlərində fəaliyyəti nəzərdə tutulub. Bundan başqa daha iki şəhərdə - İmişlidə və Şəkidə mərkəzlər inşa ediləcək. Yəqin ki, onların açılışı 2018-ci ildə olacaq.

"Biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun. Xoşagəlməz hallara son qoyulmalıdır. “ASAN xidmət”i biz yaratdıq, artıq neçə ildir ki, işləyir. Bir dənə də olsun oradan şikayət yoxdur. Hər halda mən eşitməmişəm. Bəyənilmə əmsalı 98 faizdir. On üç milyon müraciət olunub. Bizim əhalimiz hələ 10 milyona çatmayıb, 13 milyon müraciət olub. Bu, ictimai xidmətlər sahəsində bir yenilikdir. Yəni, bu, nəyi göstərir? Birincisi, bizim iradəmizi və siyasətimizi göstərir.

İkincisi isə onu göstərir ki, bu cür işləmək mümkündür. Əgər orada mümkündürsə, deməli, hər yerdə mümkündür. Ona görə məmur-vətəndaş münasibətləri, bu məsələlər cəmiyyət üçün, inkişaf üçün çox önəmlidir. Burada hər şey məmurlardan asılıdır. Onlar dediyim kimi işləməlidirlər. Əgər öz işində nöqsana, yaxud da pozuntuya yol verərsə, onlar lazımi səviyyədə cəzalandırılacaqlar.


Bu gün verdiyim bütün tapşırıqlar yerinə yetirilməlidir. Verdiyim tapşırıqlarla bağlı vaxtaşırı məlumat Prezident Administrasiyasına göndərilməlidir. Prezident Administrasiyası isə bu tapşırıqların yerinə yetirilməsi ilə bağlı bütün lazımi tədbirlər görəcək, nəzarətdə saxlayacaq ki, biz 2017-ci ili də uğurla başa vuraq".

Siam.az
Tarix: 31-01-2017, 11:12
Xəbəri paylaş





Xəbər lenti