Bayram Səfərov qalmaqallı videodan danışdı — "Meydan TV"-nin işi ara qarışdırmaqdır + VİDEO

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərovun “Meydan TV”-nin əməkdaşını təhqir etməyinizlə bağlı xəbərlər yayılıb. Bayram Səfərov qalmaqallı videodan danışdı — "Meydan TV"-nin işi ara qarışdırmaqdır + VİDEO Həmin xəbərlə bağlı Bayram Səfərov “Ölkə.Az”-a açıqlama verib. O, heç kimi təhqir etmədiyini bildirib:

"Mən heç bir jurnalisti təhqir etməmişəm. Həmin gün mən camaatla görüşüb, onların problemləri ilə maraqlanırdım. Həmin vaxtı bir qız çəkiliş aparırdı. Mən də o qıza dedim ki, insanların həssas zamanında kino çəkirsən? Bir az çəkiliş apardın bəsdir də! Sonra yenə də o qızı gəılib məni çəkirdi. Mən də ona dedim ki, imkan ver, məcburi köçkünlərin problemi ilə bağlı camaatla danışım. O qız da mənə dedi ki, bu mənim işimdir. Daha heç bir təhqir və sairə olmayıb. Ancaq həmin vaxtı insanlar həssas vəziyyətdə idi, çəkiliş aparmaq düzgün deyil idi. İndi “Meydan TV”-nin işi ara qarışdırmaqdır. “Meydan TV”-nin jurnalisti də elə olmalıdır da! Peşəkar və Vətənini sevən jurnalistlərin də işi təxribatların qarşısını almaq, doğru yazmaqdır".

Tarix: 4-02-2017, 08:59
Xəbəri paylaş





Xəbər lenti