İsveçli nazirdən Qarabağ təxribatı (FOTO)

İsveçli nazirdən Qarabağ təxribatı (FOTO) Dağlıq Qarabağ xristian əhalinin yaşadığı ərazi kimi qeyd edilib

İsveçin sabiq baş naziri Karl Bildt öz "Twitter" səhifəsində Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib. İstiPress-in məlumatına görə, o, sosial şəbəkədəki səhifəsində Avropanın dini xəritəsini yerləşdirib. Xəritədə Dağlıq Qarabağ xristian əhalinin yaşadığı ərazi kimi qeyd edilib və buna uyğun rənglə göstərilib. Xəritə "tarixin dərin mirası" kimi şərh edilib.


Azərbaycan XİN rəsmisi Hikmət Hacıyev K.Bildtin yerləşdirdiyi fotoya münasibət bildirib. O, qeyd edib ki, onun tərəfindən təqdim olunan başa düşülməz xəritədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə fərqli rəng çalarları ilə müraciət etməsi qanlı etnik təmizləmə və işğal nəticəsində həmin ərazilərdən didərgin salınmış köklü azərbaycanlıların və ümumiyyətlə, Azərbaycan xalqının minilliklər boyu tarixi, maddi-mədəni və dini irsinin inkar olunması deməkdir.

Karl Bildti müasir həssas dönəmdə Avropanın dini-mədəni bölgüsünü deyil, sivilizasiyalararası və dinlərarası dialoq, multikulturalizmi təşviq etməyə çağırırıq.

Bu gün Avropanın və dünyanın buna daha çox ehtiyacı var".

XİN K.Bildt yol verdiyi bu yanlışlığı aradan qaldıracağına ümid etdiyini bildirib.

Maraqlıdır, görəsən İsveçin özünə qarşı bənzər addım atılsa münasibəti necə olardı. Və ya bu ölkə ərazinin 20 faizini düşmən ölkəninki kimi göstərilməsinə razı olardımı? İsveçli nazirdən Qarabağ təxribatı (FOTO)
Tarix: 4-02-2017, 17:14
Xəbəri paylaş





Xəbər lenti