“Ukraynadan Qarabağ savaşında faydalanmaq mümkün deyil”

“Ukraynadan Qarabağ savaşında faydalanmaq mümkün deyil” Elxan Mehdiyev: “Onun bu məsələdə edə biləcəyi çox az şey var”
Azərbaycan-Ukrayna əlaqələrinin genişlənməsi, xüsusilə də iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafı istiqamətində aparılan müzakirələr hərbi-sənaye kompleksi kifayət qədər inkişaf edən bu dövlətdən Qarabağ savaşında faydalanmağın mümkünlüyü ilə bağlı sualları aktuallaşdırmaqdadır.

Maraqlıdır, Azərbaycan başlanması an məsələsi olan mümkün Qarabağ savaşında Ukraynanın hərbi dəstəyindən yararlana bilərmi? Belə bir yardıma ümid etmək nə dərəcədə məntiqlidir?
Cumhuriyyet.az-a açıqlama verən siyasi şərhçi Elxan Mehdiyev Ukraynadan Qarabağ savaşında istifadə etməyin mümkünlüyünə inanmadığını vurğulayıb:
“Ukraynadan Qarabağ savaşında faydalanmaq mümkün deyil. Çünki Ukraynanın bu məsələdə edə biləcəkləri olduqca məhduddur. Onun bu məsələdə bizə kömək edə biləcəyi çox az şey var. Azərbaycan daha çox silahları Rusiyadan alır. Odur ki, Qarabağ müharibəsində Ukraynanın hərbi yardımına ümid etmək yanlışdır”.
Seymur Əliyev
Tarix: 8-02-2017, 09:15
Xəbəri paylaş





Xəbər lenti