“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən, test imtahanından müəyyən edilmiş keçid balını toplayan şəxsə Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən Sertifikat (bundan sonra – Sertifikat) veriləcək.
Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydaya əsasən, şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə Sertifikat ala bilər.
Sertifikatın verilməsi üçün inzibati və yardımçı vəzifələr A, B, C və D növləri üzrə aşağıdakı qruplara bölünür:
A növü – inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:
AA qrupu;
AB qrupu;
AC qrupu;
B növü – inzibati icraçı vəzifələr üzrə:
BA qrupu;
BB qrupu;
C növü – yardımçı kargüzarlıq vəzifələri üzrə:
CA qrupu;
D növü – yardımçı texniki vəzifələr üzrə:
DA qrupu.A, B, C və D növünə daxil olan qruplar inzibati və yardımçı vəzifələrin təsnifatına uyğun olaraq, bu Formanın əlavəsində göstərilən altqruplara bölünür. Sertifikatlar altqruplara daxil olan vəzifələrə uyğun olaraq verilir.
Vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.
Sertifikat xüsusi mühafizə nişanları olan blankda tərtib edilir. Blank A 4 Formatdadır.
Sertifikatda aşağıdakılar göstərilir: Sertifikatın yuxarı hissəsində Mərkəzin loqotipinin rəngli təsviri, loqotipin altında birinci sətirdə “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi”, ikinci sətirdə “Dövlət qulluğu vəzifəsi üzrə test imtahanını keçməyi təsdiq edən” sözləri, üçüncü sətirdə “Sertifikat” sözü, “Sertifikat” sözünün qarşısında Sertifikatın qeydiyyat nömrəsi, Sertifikat sahibinin Fərdi İdentifikasiya Nömrəsi, soyadı, adı və atasının adı, imtahan nəticələri (sualların sayı, toplanması mümkün olan maksimal bal, imtahanda toplanılan bal və imtahan nəticələrinə dair digər məlumatlar), Sertifikatın müsahibədə iştirak etmək hüququ verdiyi vəzifə (növü, təsnifatı, qrupu və altqrupu) və bu məzmunda qeyd: Bu Sertifikat qanunvericiliklə və vəzifə təlimatları ilə müəyyən edilmiş tələb və şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşına “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli qərarında nəzərdə tutulmuş qrup və altqruplara aid vəzifələr üzrə müsahibədə iştirak etmək hüququ verir”, Sertifikatın verilməsi barədə Mərkəzin qərarı (qərarın nömrəsi, tarixi və Sertifikatın etibarlılıq müddəti), Mərkəzin Direktorlar Şurasının sədrinin adı, soyadı, imzası və möhür.
Sertifikat blankının nümunəsi Mərkəz tərəfindən müəyyənləşir.
Sertifikat namizəddə saxlanılır. Sertifikat yalnız şəxsiyyəti təsdiq edən sənədlə birgə təqdim edildikdə etibarlıdır.
Sertifikat əvvəlki nömrəsi saxlanılmaqla aşağıdakı hallarda dəyişdirilə bilər: namizədin soyadı, adı, atasının adı dəyişdikdə, Sertifikatda yazılan məlumatlarda yanlışlıq və ya səhv aşkar edildikdə, Sertifikat yararsız hala düşdükdə. Sertifikat itirildikdə onun dublikatı verilir.
Mərkəz dövlət qulluğu vəzifələri üzrə verdiyi sertifikatların uçotunu aparır.
“Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”na əlavə Dövlət qulluğu vəzifələri üzrə Sertifikatın verilməsi üçün inzibati və yardımçı vəzifələrin növləri, qrupları və alt qrupları
Vəzifə növü
Vəzifə qrupu
Vəzifə altqrupu
Altqrupa daxil olan vəzifələr
1
2
3
4
A
AA
AA1
inzibati vəzifələrin 1-ci təsnifatı üzrə: dövlət orqanlarında aparat rəhbəri
AA2
inzibati vəzifələrin 2-ci təsnifatı üzrə:
dövlət orqanlarında aparat rəhbəri;
dövlət orqanlarında aparat rəhbərinin müavini və şöbə müdiri;
yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini;
mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri;
fondların icraçı direktoru və direktoru
AA3
inzibati vəzifələrin 3-cü təsnifatı üzrə:
şöbə müdirinin müavini;
dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi;
dövlət orqanlarında aparat rəhbəri;
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi,Tarif Şurasının katibi
AA4
inzibati vəzifələrin 3-cü təsnifatı üzrə:
mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri;
fondların icraçı direktorunun və direktorunun müavini;
dövlət orqanlarında aparat rəhbərinin müavini
AB
AB1
inzibati vəzifələrin 4-cü təsnifatı üzrə:
şöbə müdiri;
sektor müdiri;
regional bölmənin rəhbəri
AB2
inzibati vəzifələrin 4-cü təsnifatı üzrə:
şöbə müdirinin müavini;
dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi;
regional bölmənin rəhbərinin müavini;
yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini
AB3
inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
sektor müdiri;
şöbə müdiri
AB4
inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
şöbə müdirinin müavini
AC
AC1
inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
yerli bölmənin rəhbəri;
mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri
AC2
inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:
şöbə müdiri;
sektor müdiri;
yerli bölmənin rəhbəri
AC3
inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:
yerli bölmələrin rəhbərlərinin müavini;
şöbə müdirinin müavini;
mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri
AC4
inzibati vəzifələrin 7-ci təsnifatı üzrə:
sektor müdiri;
yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini;
dövlət orqanı rəhbərinin köməkçisi
B
BA
BA1
inzibati vəzifələrin 4-cü təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi
BA2
inzibati vəzifələrin 4-cü təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi
BA3
inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi
BA4
inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi
BB
BB1
inzibati vəzifələrin 6-cı təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi
BB2
inzibati vəzifələrin 6-cı təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi
BB3
inzibati vəzifələrin 7-ci təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi
BB4
inzibati vəzifələrin 7-ci təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi
C
CA
CA1
yardımçı vəzifələrin 1-ci təsnifatına aid kargüzarlıq tipli vəzifələr (katibə, kargüzar və s.)
CA2
yardımçı vəzifələrin 2-ci təsnifatına aid kargüzarlıq tipli vəzifələr (katibə, kargüzar və s.)
CA3
yardımçı vəzifələrin 3-cü təsnifatına aid kargüzarlıq tipli vəzifələr (katibə, kargüzar və s.)
CA4
yardımçı vəzifələrin 4-cü təsnifatına aid kargüzarlıq tipli vəzifələr (katibə, kargüzar və s.)
D
DA
DA1
yardımçı vəzifələrin 1-ci təsnifatına aid texniki vəzifələr (sürücü, liftçi və s.)
DA2
yardımçı vəzifələrin 2-ci təsnifatına aid texniki vəzifələr (sürücü, liftçi və s.)
DA3
yardımçı vəzifələrin 3-cü təsnifatına aid texniki vəzifələr (sürücü, liftçi və s.)
DA4
yardımçı vəzifələrin 4-cü təsnifatına aid texniki vəzifələr (sürücü, liftçi və s.)APA
Tarix: 20-03-2017, 22:31