Milli Şura mitinq müzakirәsinә başladı
Demokratik Qüvvələrin Milli Şurasının martın 22-də keçirilən sonuncu toplantısında ümumxalq mitinqinin keçirilməsi məsələsi müzakirə edilib.Bu haqda Milli Şuranın sədri, professor Cəmil Həsənli feysbuk səhifəsində məlumat verib. Milli Şuranın sədri gözlənilən mitinqlərlə bağlı şəbəkə istifadəçilərinə sual ünvanlayıb:
“Milli Şuranın Koordinasiya Mərkəzi etiraz aksiyalarının zərurəti haqda ciddi fikir mübadiləsi aparıb və yaxın zamanlarda ümumxalq mitinqlərinin keçirilməsini müzakirə edib. Problemlərin daha da artdığı bir vaxtda mitinqlər keçiriləcəksə, əvvəlki mitinqlərdən də daha çox vətəndaş iştirak etməlidir. Siz necə, problemləri yaradan hökumətə etiraz edəcəksinizmi?”
Tarix: 24-03-2017, 08:38