“Dövlət başçısının elə cangüdənləri var ki, təsir dairələri Baş Nazirdən çoxdur”
Bu gün dövlət başçısının elə cangüdənləri var ki, təsir dairələri Baş Nazirdən çoxdur.Müsavat başqanı Arif Hacılı Baş Nazir Artur Rasizadənin idarəetmədə rolundan və səlahiyyətləri çərçivəsində təsir imkanları olmamağından danışdı. Arif Hacılı bir bogger qədər də, təsir imkanları olmayan Baş Nazirin hökumət adından “hesabat” verməsini şərh edərək, öz facebook səhifəsində belə status yazıb.
“Konstitusiyaya görə Azərbaycanda hökumətin başçısı prezidentdir. İcra hakimiyyəti prezidentə məxsusdur. Ölkənin iqtisadi siyasətini, hökumətin tərkibini o müəyyən edir. Nazirləri, hətta nazir müavinlərini, Nazirlər Kabinetinin məsul vəzifəli şəxslərini təyin etmək, vəzifədən azad etmək səlahiyyətləri də prezidentə aiddir.
Amma hökumət adından “hesabatı” nəinki real səlahiyyətləri, heç uğurlu bir blogger qədər də təsir imkanları olmayan Baş Nazir verir.
Bu gün dövlət başçısının elə cangüdənləri var ki, təsir dairələri Baş Nazirdən çoxdur.
Ona görə də müzakirə Artur Rəsizadə hansı sözü necə tələffüz etdi mövzusunda yox, niyə real səlahiyyət sahibi xalq qarşısında hesabat vermir, mövzusunda olmalıdır.” -Arif Hacılı bildirib.
Bastainfo.com
Tarix: 24-03-2017, 17:01