Ziya Məmmədovun rayonları PAŞAYEVLƏRİN nəzarətinə keçir – ŞOK TƏFSİLAT
Ləğv olunmuş Nəqliyyat Nazirliyinin rəhbəri Ziya Məmmədovun kurasiyasındakı rayonlar əlindən çıxır.
24saat.org-a verilən məlumata görə, Göyçaydan sonra Ucar, Quba və Goranboyda icra başçısı vəzifələrinə də paşayevlərin kadrlarının gətirilməsi nəzərdə tutulur.
Məlumatda Göyçayın yeni icra başçısı Mehdi Səlimzadənin paşayevlər klanına yaxın olduğu bildirilir və bu rayonun keçmiş nazirin
nəzarətindən çoxdan çıxdığı söylənir.
Əvvəllər Mübariz Ağayev və Mənsur Məmmədov Göyçaya ayrı-ayrı vaxtlarda rəhbərlik ediblər. Hər iki şəxsin eks-nazirə yaxın olduğu sirr deyil. M.Səlimzadənin gətirilməsi ilə Göyçayda Bakı qruplaşmasına həvalə olunub.
İddialara görə, Ucarın icra başçısı Mənsur Məmmədovun da vəzifəsindən kənarlaşdırılması planlaşdırılır.M.Məmmədov Z.Məmmədovun xalası oğludur və nazir işindən uzaqlaşdırılandan sonra onun da postunda qalması sual altındadır. Eyni zamanda Goranboyun icra başçısı Nizaməddin Quliyev və Qubanın icra hakimi Yaşar Məmmədovun da sabiq nazirə yaxın olduğu deyilir.
Eyni sözləri Zərdabın icra hakimi Lütfəli Babayev barəsində də söyləmək mümkündür. Mənbənin qeydlərinə görə, Paşayevlər klanı bu rayonlarda da icra hakimiyyətlərinə modern rəhbərlər təyin olunmasını hədəfləyib.Məmmədovlar ailəsi Trampın ABŞ-da prezident seçilməsindən sonra hakimiyyətdə karyera yüksəlişi yaşayacağını güman edirdi. Hətta keçmiş nazirin qardaşı Elton Məmmədov da mətbuatda fəallaşmışdı.
Ancaq sabiq nazirin Trampla dost olan oğlu Anar Məmmədov inaqurasiya mərasiminə dəvət olunmadı, az sonra Bakıdakı hoteldən Tramp adı söküldü, çox keçmədi ki Ziya Məmmədov işindən azad edildi, nazirlik ləğv olundu.
Siam.az
Tarix: 25-03-2017, 18:07