“MKİ kölgəsi”nin vitse-prezidenti: "Rusiya Azərbaycanla və Ermənistanla oynayır"
"Qafqazda, Dağlıq Qarabağda - harada ki, Rusiya Ermənistanla və Azərbaycanla oynayır, maraqlı tendensiyalar var. Orada hələ də hərbi eskalasiya üçün potensial mövcuddur. Düşünürəm ki, Rusiyanın hədəfi bu münaqişədə və danışıqlarda öz mövqeyini möhkəmləndirməkdir. Xüsusən də ona görə ki, Türkiyəni Suriyada onun prioritetlərinə tərəf aparırlar. İran da başqa məsələlərlə məşğuldur. Rusiya isə Qafqazda öz mövcudluğunu möğhkəmləndirmək üçün geniş imkanlara malikdir".Virtualaz.org bildirir ki, bunu Amerika analitik şirkəti Stratfor-un, hansını ki, tez-tez “MKİ-nin kölgəsi” adlandırırlar, qlobal analizlər üzrə vitse-prezidenti Reva Qujon deyib.
"Əgər Rusiya sanksiyalar, Ukrayna, bütün bu böyük problemlərlə bağlı məsələlərdə ölü nöqtədən tərpənmək istəyirsə, o, Qərbin diqqətini cəlb etmək üçün yeni hərbi əməliyyat teatrlarına ehtiyac duyur", - deyə Stratfor-un vitse-prezidenti “post-sovet ölkələrində və ümumiyyətlə Avropada Rusiyanın yeni münaqişələri genişləndirməsi ehtimalı nə qədər yüksəkdir” sualına cavab verərkən bildirib.
Onun fikrincə, Rusiya NATO-nun ərazisində, məsələn Baltiya ölkələrində belə böyük addıma getməyəcək. Stratfor vitse-prezidenti hesab edir ki, yeni hərbi əməliyyat teatrları Balkanlar və Qarabağ ola bilər.
Stratfor vitse-prezidenti, həmçinin deyib ki, başqa regionlar da var, "harada ki, Rusiya Qərbi çimdikləməyi və möhkəmlənməyi bacarar".
"Düşünürəm ki, başqa regionlar daha maraqlıdır. Biz artıq səhnə kimi meydana çıxan Liviyanı yada saldıq. Balkanlar daha bir səhnə oldu, harada ki, Rusiyanın fəallığı artdı. Əlbəttə, Rusiya Çernoqoriyada onun NATO-ya inteqrasiyasına mane olmaq üçün zərərverici rolunu oynamağa çalışır. Əgər biz Serbiyayla Rusiyanın münasibətlərinə baxsaq görərik ki, Rusiya ona öz hərbi dəstəyini gücləndirir. Və bu öz növbəsində, Kosovonun müdafiə qabiliyyətini gücləndirməsinə ehtiyacı artırır. Hansı ki, əlbəttə, avropalıları narahat edəcək", - Revo Qujon vurğulayıb.
Tarix: 26-03-2017, 13:43