"Naxçıvan qvardiyası"nın nəzarətindəki siyasi qüvvələri və partiyaları hərəkətləndirmək düyməsi basıla bilər

"Naxçıvan qvardiyası"nın nəzarətindəki siyasi qüvvələri və partiyaları hərəkətləndirmək düyməsi basıla bilər Müxalifət hər yaz fəslində mitinq keçirir. Bu, artıq ənənəvi və mövsümi xarakter almaqdadır. Havalar istiləşdikcə və qızışdıqca siyasi atmosfer də isinməyə, qaynamağa başlayır.

Aprel ayı isə son illərdə müxalif qüvvələrin simvolik zamanına çevrilib. Payızda keçirilən anti-referendum mitinqlərindən sonra qış mövsümündə aksiyalara ara verilsə də, yazda yenidən fəallaşma müşahidə olunur.
Bu isə mövsümi müxalifətçilikdən əlavə, siyasi biznes şübhələrini artırır. Eyni zamanda son vaxtlarda mühacir alveri ilə bağlı səslənən iddiaları gücləndirir.
AnaXeber.Az-ın Analitik Mərkəzinin verdiyi məlumata görə, Milli Şuranın aprelin 9-na təyin etdiyi icazəli mitinq də bu sarıdan əhəmiyyət kəsb edir.
Azərbaycandan Avropaya siyasi mühacir kimi getmək istəyənlər, müxalifətçi kimi Qərb ölkələrində sığınacaq almağı gözləyənlər üçün gözəl fürsət yaranıb.
Təbii ki, bu priyomlara görə müxalifəti və Milli Şuranı da birmənalı şəkildə qınamaq olmaz. MŞ rəhbərliyi deyə bilər ki, 1-ci vitse-prezident təyinatına, sosial həyatın pisləşməsinə, bahalaşmaya etiraz edirlər.

Lakin hər bir qrup və düşərgə 9 aprel mitinqindən öz maraqları naminə istifadə edəcək. Yəni, bu mitinqin bir neçə başı var.
Bir tərəfdən iqtidar yenidən Qərb dünyasına Azərbaycanda sərbəst toplaşma azadlığının olduğunu nümayiş etdirəcək, hətta referendumdan sonra da mitinqlərə icazə verildiyi nümunəsi göstəriləcək.
Digər tərəfdən Naxçıvan klanı Paşayevlərə müxalifətin əli ilə gücünü göstərməyə çalışacaq, habelə müxalifətin əsas qüvvəsi kimi Milli Şura öz reytinqinə xal qazandıracaq, bu azmış kimi siyasi mühacirət etmək arzusunda olanlara bir yaşıl işıq yanacaq.
Beləliklə, 9 aprel mitinqi hamıya sərf edir və hər bir qüvvənin əlinə oynayır. Və hər kəs bu tortdan öz payını götürə biləcək ki, hakimiyyət və müxalifət düşərgəsində qeyd etdiyimiz məqamları çox gözəl bilirlər.
Sadəcə, siyasi mübarizədə maraqlar var və hər bir təşkilat düzgün bildiyi strategiyanı yürüdür. Maraqlısı budur ki, Milli Şuranın mitinqinə Müsavat Partiyası tərəfindən hər hansı dəstək ifadə olunmayıb.

Müsavatın MŞ-nın aksiyasına partiya şəklində qoşulacağı da inandırıcı görünmür. Ən yaxşı halda müsavatçılar fərdi şəkildə mitinqdə iştirak edə bilər.
Hakimiyyət də bu parçalanmanı görür və mitinqə icazə verəcəyi son dərəcə realdır. MŞ meydana maksimum 10 min adam çıxara bilər.
Amma cəmi 9 gün təbliğat zamanı var və bu qısa vaxtda cəmiyyətin bütün təbəqələrini mitinqə cəlb etmək asan iş deyil. Sosial şəbəkələr də olmasa, müxalifət mitinqə 1000 nəfərdən artıq fəal çıxara bilməz.

AnaXeber.Az-ın Analitik Mərkəzinin verdiyi məlumata görə, vitse-prezident təyinatından sonra mitinq olacağı gözlənilən idi.
Bu barədə bir neçə təhlil yazısı təqdim etmişik və Naxçıvan qruplaşmasının müxalifəti fəallaşdıracağını bildirmişik. Ona görə də 9 aprel qərarı təəccüb doğurmadı.
Köhnə qvardiya Paşayevlər klanına qarşı yeni cəbhə açıb və bu dəfə siyasi müstəvidə mübarizə gedəcək.
Bakı qruplaşmasının siyasi qanadları hələ ki, tam formalaşmayıb. Naxçıvan klanının isə kifayət qədər resursları və təcrübəsi var. O baxımdan 2 aprel mitinqini də yada salmaq yerinə düşər.
İctimai Palatanın o zaman keçirdiyi icazəsiz mitinqlərə müəyyən qədər göz yumdular və polis aksiyaçılara qarşı kobud davranmamışdı.
9 aprel mitinqinin olacağını təsdiqləyən yazımızı oxumaq üçün “Naxçıvan qvardiyasının müdhiş projesi” başlıqlı manşet məqaləsinə göz atmaq kifayətdir.
I vitse-prezident təyinatından sonra Naxçıvan klanının revanş götürəcəyi bəlli idi. Ramiz Mehdiyev qruplaşmasının yaz planlarının işə düşəcəyi ehtimalı yüksək idi.
Hakimiyyətdaxili çəkişmələrin aprel-may aylarında qızışması gözlənilirdi. Naxçıvan qvardiyasının nəzarətindəki siyasi qüvvələri və partiyaları hərəkətləndirmək projesinin düyməsi basıla bilər.
Yəni, məqsəd iqtidardakı köhnə qvardiyanın prezident İlham Əliyevə təzyiq və siyasi şantaj etməsi olub. Bununla, Paşayevlər klanının hakimiyyətdə möhkəmlənməsinə qarşı müqavimət göstərilib.
Müxalif güclər isə bilərək və ya bilməyərək prosesin alətinə çevrilirlər. Onların çiynində xalq küçələrə çıxarılır, etirazlar təşkil və idarə olunur, lazımı nöqtədə qırılma baş verir, mitinqlər sakitləşdirilir, İ.Əliyevə hakimiyyətin əldə çıxacağı tələsi nümayiş olunur, sonra bəzi müxaliflər ikibaşlı oyunun nəticəsində həbsə göndərilir, həm xalqın fısı yatır, həm müxalifət həbslərə görə təzyiq altında saxlanır.
Eyni zamanda hakimiyyətin islahatlar paketində köhnə kadrların vurulması nəzərdə tutulur. İqtidarın gəncləşməsi və refreş olunması prosesi getməkdədir və bu, Paşayevlərin platformasında baş verir.
Buna görə də vəziyyətin mürəkkəbliyini analiz edən mehdiyevçilərin yaz revanşı gözləniləndir. Onlar 2018-ci il projesinə qədər hakimiyyətin yeni institutu olan - vitse-prezident postunda öz namizədləri yerləşməlidir.
Müxalifətin aktivləşməsi və meydana çıxarılması üçün təbii zəmin yaradıla bilər. Sirr deyil ki, Mehdiyev klanının əlindəki resurslar çox genişdir - partiyalar, mətbuat, gənclər təşkilatları və s. ilaxır.
Tarix: 31-03-2017, 09:06
Xəbəri paylaş





Xəbər lenti