Artur Rəsizadənin istefa xəbəri yayıldı
Uzun illərdir Azərbaycan Respublikasının Baş naziri olan, məşhur xiyar məsəli ilə xalqın yaddaşına həkk olunmuş Artur Rəsizadə bu postdan istefa verib.Uzun müddətə bu vəzifədə qaldığına görə utandığını söyləyib: “Mən uzun illərdir Azərbaycanın Baş naziriyəm. Əslində hamı bilir ki, yaşlı adamam, işə də gedib gələ bilmirəm. Heç gedib gələndə də bir iş görə bilmirdim. Hamı məni qınayır ki, qoca kişisən, niyə gedib nəvə-nətcənlə oynamırsan?! Mən də bu tənələrdən cana yığıldım. Ona görə də, istefa vermək qərarına gəldim! Bu illər ərzində xalqıma verdiyim əziyyət görə məni bağışlamalarını istəyirəm! Onlardan halallıq istəyirəm!”.
P.S. Xəbəri Qazilər.az saytı başqa sayta istinadən yayıb, 1 aprel zarafatı olması istisna deyil.
Tarix: 1-04-2017, 00:57