Vitse-prezidentlər gəlir, Abutalıbovun yeri boşalır - ADLAR

Vitse-prezidentlər gəlir, Abutalıbovun yeri boşalır - ADLAR Ölkə ciddi dəyişiklik ərəfəsində; Son günlər rəsmi dəvətlərdə görünməyən Artur Rəsi-zadə özü ilə bərabər iki müavinin də istirahətə aparır; Yaqub Eyyubovun baş nazir olmaq şansı varmı? Bakı meri Nazirlər Kabinetinə gedir...

Ötən il sentyabrın 26-da keçirilmiş referendumda təsis edilən vitse-prezident postlarına təyinatlar bugünlərdə gerçəkləşəcək. Məlumdur ki, fevralın 21-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin edilib. Aprelin 12-nə qədər isə digər təyinatların da gerçəkləşəcəyi gözlənilir.



Məlumata görə, vitse-prezidentlərin təyinatı ilə bağlı müddət aprelin 12-də bitir. Çünki prezident İlham Əliyevin referendum nəticəsinin qüvvəyə minməsi ilə bağlı 12 oktyabr 2016-cı ildə verdiyi sərəncamın 6 ayı tamam olur. Sərəncamda Nazirlər Kabinetinə altı ay vaxt verilir ki, hüquqi-aktların konstitusiya dəyişikliyinə uyğunlaşdırılmasını təmin etsin və dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb prezidentə təqdim etsin. Çünki gözlənilən köklü islahatların həyata keçirilməsi üçün ilk olaraq hüquqi baza yaradılmalı və ondan sonra bu islahatlar həyata keçirilməlidir.


Hakimiyyətə yaxın mənbənin dediyinə görə, vitse-prezidentlərin təyinatı ilə paralel olaraq iki strukturda-Nazirlər Kabinetində və Bakı Şəhər İcra Hakimiyyətində ciddi dəyişikliklər gözlənilir.

Vitse-prezidentlər gəlir, Abutalıbovun yeri boşalır - ADLAR

Mənbə baş nazir Artur Rəsi-zadənin son günlər görünməməsinə xüsusi diqqət çəkir. Bildirilir ki, baş nazir Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakıya səfərində rəsmi şəxslər arasında olmayıb. Mənbə bildirib ki, baş nazirlə bərabər onun ən azı bir müavini də işi ilə vidalaşmalı olacaq. Belə ki, struktur dəyişikliyindən sonra baş nazirlə bərabər onun fövqəladə hallar üzrə müavini Abid Şərifov da yola salınacaq. A.Rəsi-zadənin yeri bilinməsə də, 77 yaşlı A.Şərifov hazırda İsraildədir və onun ağır ürək əməliyyatı keçirdiyi deyilir.


Kənd təsərrüfatını kurasiya edən İsmət Abbasovun da baş nazirin müavini statusunu itirəcəyi gələn xəbərlər sırasındadır.
Əsasən birinci vitse-prezidentin kurasiya edəcəyi Nazirlər Kabinetində idarəçiliyə kimin gətiriləcəyi də yəqinləşib. Amma bu istiqamətdə hazırda məlumatlar o qədər çoxdur ki, hansının yanlış, hansının doğru olduğunu demək çətindir. Bildirilir ki, kabinetə başçılığın baş nazirin birinci müavini Yaqub Eyyubova həvalə edilməsi daha real görünür. Uzun illərdir birinci müavin olan Y.Eyyubovun bacarıqlı təşkilatçı olduğu deyilir. Y.Eyyubovun Rusiyanın siyasi və iqtisadi komandası ilə yaxın əlaqələri var ki, bu da baş nazir təyinatından sonra Azərbaycana əlavə divident gətirə bilər. Amma hazırda işləyən nazirlərdən daha iki nəfərin də adı baş nazir iddiaçıları sırasındadır.

Vitse-prezidentlər gəlir, Abutalıbovun yeri boşalır - ADLAR


Baş nazirin müavinlərinin sayı azaldılmaqla bərabər, bir-birilərinə paralel sayılan strukturlar birləşdiriləcək. Nazirlər Kabinetinin tərkibinə daxil olan 44-dək strukturun yarıbayarı azaldılacağı gözlənilir.


Bakı meriyasının tabeliyindəki ləğv ediləcək idarələrin siyahısı da hazırlanıb. Belə ki, Mənzil Kommunal və Texniki Xidmət Sahələri, Ticarət və Xidmət Departamenti, Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Memarlıq və Şəhərsalma Baş İdarəsi, Mənzil-Kooperativ Təsərrüfatı İdarəsindən başqa digər strukturlar ya birdəfəlik ləğv olunacaq, ya da birləşdiriləcək. Bu struktur dəyişikliyindən sonra isə Bakının yeni icra başçısının təyinatı gerçəkləşəcək.

Vitse-prezidentlər gəlir, Abutalıbovun yeri boşalır - ADLAR


Qeyd olunur ki, birinci vitse-prezident Bakı meriyasının idarə edilməsində ciddi dəyişiklik etmək niyyətindədir. Hacıbala Abutalıbovu dəyişmədən isə bu idarəetməni dəyişmək mümkün deyil. Abutalıbovun hakimiyyətə hədsiz sədaqətinə söz ola bilməz, amma o da anlayır ki, nəhayət, bir gün hakim komanda ilə vidalaşmalıdır. Bildirilir ki, Abutalıbov artıq bu həqiqətlə barışıb.


Ona Nazirlər Kabinetində şəhər təsərrüfatına məsul idarə həvalə olunacağı deyilir. Abutalıbovun özünün isə Bakının rayonlarından birində (Binəqədinin adı hallanır) icra başçısı olmaq niyyəti də var.


Bakı meriyasına rəhbərliyin kimə tapşıra biləcəyini isə söyləmək çox çətindir. Bu şəxsin Heydər Əliyev Fondunun idarəçiliyində işləyənlərdən biri olacağı söylənilir, amma bu, yalnız bir ehtimaldır.


“YM”
Tarix: 5-04-2017, 09:11
Xəbəri paylaş





Xəbər lenti