Mədət Quliyev Putinlə görüşüb
Rusiya Prezidenti Vladimir Putin Kremldə MDB ölkələrinin xüsusi xidmət orqanlarının başçılarını qəbul edib.Cumhuriyyet.az xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu MDB ölkələrində təhlükəsizliyə əsas təhdid mütəşəkkil cinayətkarlıq, narkotrafik, həmçinin korrupsiya və digər məsələlər olub. Qeyd edək ki, bu görüşdə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyev də iştirak edib.
Putin xüsusi xidmət orqanları rəhbərlərinə müraciət edərək, Rusiyanın MDB ölkələri ilə münasibətlərinin inkişaf etdirilməsindən məmnun olduğunu bildirib. O, həmçinin heç bir MDB ölkəsinin terror hücumundan siğortalanmadığını da söyləyib. Vladimir Putin görüşdə çıxış edərək qeyd edib ki, MDB ölkələrində təhlükəsizliyə əsas təhdid mütəşəkkil cinayətkarlıq, narkotrafik, həmçinin korrupsiya və xarici güclərin daxili siyasi vəziyyətə təsiridir.”Sizin qarşısında çox mürəkkəb, müxtəlif vəzifələr durur. Və mənə qeyd etmək çox xoşdur ki, əməkdaşlıq qaydaya salınıb və effektiv inkişaf edir”, – deyə Rusiya lideri görüş iştirakçılarına müraciət edərək vurğulayıb.
Tarix: 6-04-2017, 06:47