Samir Şərifov baş nazir gətirilə bilər
24saat.org-un vitse-prezidentlərin təyinatı prosesinin yubanmasına diqqət çəkməsi hökumət mediasını hərəkətə gətirib. Artıq hakimiyyətin nəzarətində olduğu şübhə doğurmayan KİV-lərdə qısa müddətdə vitse-prezidentlərin təyin olunacağı barədə məlumatlar dərc olunmağa başlayıb. İddia olunur ki, aprelin 12-nə qədər vitse-prezidentlərin təyinatı reallaşacaq. Lakin bu postlara kimlərin gətiriləcəyi açıqlanmayıb. Ona görə də məlumatların səhihliyi şübhə altına düşür.Güman edilir ki, yayılan məlumatlar hakimiyyət daxilində ziddiyyətlərin olması barədə səsləndirilən iddialara cavabdır. Hər halda gözləyək.
Digər məsələ isə baş nazirin dəyişəcəyi ilə bağlıdır. Hakimiyyət komandasında baş nazir postu uğrunda mübarizənin tarixi illərə dayanır. Elə bu səbəbdəndir ki, Artur Rəsizadə uzun illərdir baş nazir postundadır. Vitse-prezidentlik institutunun yaradılmasından sonra baş nazir postu əvvəlki populyarlığını bir qədər itirsə də, bu posta yiyələnmək istəyən mənurlar hələ də var.
24saat.org-a sızan məlumata görə, hazırda hakimiyyət komandasında baş nazir postuna ən şanslı namizəd maliyyə naziri Samir Şərifov hesab edilir. Ölkədə maliyyə böhranının başlaması ilə güclü fiqura çevrilən Samir Şərifovun baş nazir olmaq üçün çalışdığı da məlumatlar sırasındadlr. İddialara görə, hakimiyyətin zirvəsində Nazirlər Kabinetində sturktur dəyişikliyi aparmaqla çevik hökumət kabineti formalaşdırmaq istəyirlər. Bu kabinetə rəhbərliyin isə Samir Şərifova tapşırılması müzakirə mövzusudur.
Siam.az
Tarix: 6-04-2017, 07:02