AXCP niyə mitinq etdi? - Ramin Hacılının sensasion iddiaları

AXCP niyə mitinq etdi? - Ramin Hacılının sensasion iddiaları Cəmi bir neçə gün gözləmək lazımdır; ifşa necə olur, görəcəyik hamımız...


2012-ci ildə Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyinin rəhbəri kimi mən Brussel tərəfindən tanındım. Bir neçə namizəd var idi. O cümlədən cəbhəçi Qənimət Zahid də. Amma mərkəz mənim göstəricilərimi məqbul saydı və adımı təsdiqlədi. O zaman AXCP-çilər üstümə hücuma keçdi. Avropalılara kürü vermişəm dedilər. "Azadlıq" qəzetinin iki qoşa səhifəsində haqqımda yazı verildi.


2013-cü ildə Demokratik İslahatlar Partiyasından ayrıldım. Cəbhəçilər onlara qoşulmağı təklif etdilər. Razılaşmadım. Daha sonra Ümid Partiyasına getdim. Yenə hücum başladı. Hətta utanmadan 2015 – ci ildə "Azadlıq" qəzeti Milli Məclisə seçkilərdə saxtakarlıq etdiyimi yazdı. Bunu necə edə bilərdim?!

Neçə vaxtdır xaricdə təhsil və səyahət, qısaca, turizm sahəsində çalışıram. Yüzlərlə travel kimi. Avropaya gedənlər arasında sənəd alıb sığınacağa üz tutanlar olur. Danışanda sənədi kimlərdən və hansı qiymətə aldıqları bilinir. Bu pullar hesabına hansı partiya və təşklatlar yaşayır –ölkədə çox adama bəllidir.
Hər kəs bir cür ömür sürdürür.

Bir neçə ay əvvəl şəkil paylaşıb yazmışdılar ki, “bu vəsiqəni Razi Nurullayev verib və saxtadır”. İndi də eyni sənədi paylaşıb yazıblar ki, Ramin Hacılı edib. Bir az əvvəl də deyirdilər, Müsavat Partiyasının işidir və s. Adlarını çəkmək istəmədiyim daha kimləri ittiham ediblər.

Birdən- birə mitinq etdilər. Siyasi muhacirətə getmək istəyənlərə çəkiliş üçün şərait yarandı. Onlara elə gəlir ki, özlərindən başqa heç kim onların nə işlə məşğul olduqlarını bilmir. Amma ətrafda hər kəs bilir. Ən çox da hakimiyyət bilir. Dövlət mitinqə xərclənən pulların hardan gəldiyini ifşa etməyə çalışır.

Cəbhəçilərin də əlində bir saxta dedikləri sənəd var. Dəqiqədə dövriyyəyə buraxıb adsız şahidlərin dilindən “filankəs dedi ki, bu saxta sənədi mənə .... (vurmaq istədikləri adam) verib” yazırlar.

Bu nə xislətdi belə? O filankəs kimdi?! Hansı əsasla belə alçaqlığa əl atırsız? Niyə elədiklərinizin arxasında durmursuz? Açıq şəkildə, kişi kimi deyin ki, bəli, sənəd veririk, insanlar mühacirətə gedir. Siz ki “hamıdan yaxşı” müxalifətçisiz. Hanı sizin ədalət hissiniz? Ədaləti elə yalnız hakimiyyətdən tələb etməklə iş bitmir.

Məhkəməyə müraciət etsəm deyəcəksiz ki “hakimiyyətin adamıdır, bizi tutdurur”.

Sizcə, necə davranmalıyam kı, siyasi mazoxist ritorikanız olmasın?


Sizin bazarınıza girməmişəm, qorxmayın, cənablar. İnsanlara viza almağa kömək etmişəm. Mən özümü tanıyandan adamlara kömək edirəm. Kimsə sizə deyib, viza almağıma Ramin Hacılı kömək edib və qərara gəlmisiz ki, yəqin sənədlərin də düzəldib. Ağlınıza gələn bu fikirlə yanaşı , "niyə Ramin vətənində xöşbəxtdir, tutulmur, döyülmür" fikiri də əlavə olunub və böhtanı var gücünüzlə atmısız.

Yenə eyni tendensiya ayaq açdı. Başqasının imicinin korlanmasından həzz alanlar başladılar bu naməlum xəbəri tirajlamağa. İnsanlar, adamın başqa məxluqlardan fərqi ondadır ki, onun şüuru var. Düşünmək qabiliyyəti var. Təhlil etmədən, "kor-kor, gör-gör", gözə girən iftiranı süzgəcdən keçirmədən paylaşmağınız pis görünür. Ortada fakt yox, söz - böhtan var.

Cəmi bir neçə gün gözləmək lazımdır. İfşa necə olur, görəcəyik hamımız...

Ramin Hacılı
Tarix: 11-04-2017, 17:47
Xəbəri paylaş





Xəbər lenti