İki icra başçısı yola salınır... - Yeyintiyə görə...

İki icra başçısı yola salınır... - Yeyintiyə görə... Qaradağ və Gəncə şəhər icra hakimiyyətlərinin başçıları vəzifələrindən azad olunacaq. Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib. Xəbəri verən qaynağın sözlərinə görə, hər iki icra başçısının "vurulmasında", onlarla bağlı belə bir qərarın verilməsində dövlətin müvafiq təftiş qurumlarının ortaya çıxardıqları yeyinti faktları müstəsna təsiredici rol oynayıb.

Mənbə dia.az-a bildirir ki, dəyişiklik qərarı yaxın vaxtlarda elan olunacaq: "Eyni zamanda daha 3 rayonun rəhbərliyində də dəyişikliklər gözlənilir".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.
Tarix: 11-04-2017, 22:52
Xəbəri paylaş





Xəbər lenti