“Suriyaya məsələsində Azərbaycanı problemin mərkəzinə sürükləmək istəyirlər”- ELXAN ŞAHİNOĞLU

“Suriyaya məsələsində Azərbaycanı problemin mərkəzinə sürükləmək istəyirlər”- ELXAN ŞAHİNOĞLU ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın “Azərbaycan Suriyada bizə kömək etsin” açıqlamasını anlamıram. Suriyada Bəşər Əsədə qarşı yürüdülən siyasətdə Azərbaycan niyə Amerikanın yanında olmalıdır? Bu bizim təhlükəsizlik maraqlarımıza uyğun deyil.
Gununsesi.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ-ın Azərbaycandakı səfiri R.Sekutanın məlum sözlərinə münasibətində bildirib. Politoloq xüsusi olaraq vurğulayıb ki, Rusiyanın xarici siyasətini siyasi müşahidəçi və fərd olaraq zərərli hesab edir:

“Ancaq Suriyaya görə Bakı Kremllə niyə düşmən olmalıdır? Axı bizim Suriyada özəl maraqlarımız yoxdur. Bəli, şəxsən mən də Bəşər Əsədin legitimliyini çoxdan itirdiyini və bu şəxsin hakimiyyətdən getməsi zərurətini dəstəkləyirəm. Ancaq mən müstəqil siyasi ekspertəm, rəsmi Bakı isə bu mövqedən çıxış edə bilməz.
Azərbaycanın Yaxın Şərqdə, eləcə də Suriyada özəl maraqları yoxdur. Yeganə istəyimiz Suriyada müharibənin bitməsi və bu ölkənin ərazi bütövlüyünü təmin etməsidir. Vəssalam. Bundan artığı rəsmi Bakıya lazım deyil. Yaxşı olardı ki, Amerikanın Ermənistandakı səfiri deyərdi ki, “Suriyada Bəşər Əsədə qarşı mübarizədə Ermənistanın Amerikanın yanında olmasını istəyirik”.
Politoloq sonda iradını da diqqətə çatdırıb:
“Azərbaycanın işğal altındakı torpaqlarını boşaltmaq məsələsində İrəvana güldən ağır söz demirlər, Suriyaya gəldikdə isə Azərbaycanı yükləmək və problemin mərkəzinə sürükləmək istəyirlər”.
Tarix: 14-04-2017, 08:51
Xəbəri paylaş





Xəbər lenti