Bəşər Əsəd: “ABŞ hegemonluğunu davam etdirir”
Suriyanı diktaror rejimində idarə edən prezident Bəşər Əsəd Frans Press Agentliyinə müsahibə verib. “Ölkə.Az” xəbər verir ki, müsahibə zamanı Bəşər Əsəd ABŞ-ı və Trampı hegemonluqda ittiham edib. “ABŞ Suriyanı yenidən bombalaya bilərmi?”, - sualına cavab olaraq Əsəd buna şübhəsi olmadığını deyib.“ABŞ və onun rəhbərliyindən hər şey gözləmək olar. Amerika hər an bizim mövqeylərimizi bombalaya bilər. Ümumiyyətlə onlar istədikləri yeri yerlə-yeksan edə bilərlər. ABŞ hegemonluğunu davam etdirir”, - deyə B.Əsəd bildirib.
Diktator Amerikanın hələ uzun müddət “at oynadacağını” da gizlətməyib:
“Nə qədər güc, hakimiyyət ABŞ-ın əlindədir, onlar hegemonluqlarını davam etdirəcəklər. Əllərində çox güclü silahlar və dünyanın hər yerində banklarda külli miqdarda pulları var”
Qeyd edək ki, aprelin 7-ə gecə ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən Əsəd ordusuna aid Şayrat aviabazasına 59 raket buraxılıb. Nəticədə aviabazanın uçuş-enmə zolağı, təyyarələrin dayanacağı və yanacaqdoldurma kompleksləri vurulub.
Aprelin 4-də Bəşər Əsəd rejiminə aid hərbi təyyarələrin İdlib şəhərinə zərbələr endirməsindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb.
Ziya Səccad
Tarix: 14-04-2017, 09:06