Fərhad Əliyevin xeyir-duası ilə qurulan anti-Azərbaycan koalisiyası - İLGİNC

Fərhad Əliyevin xeyir-duası ilə qurulan anti-Azərbaycan koalisiyası - İLGİNC Sabiq nazir Türkiyədə aktiv siyasi fəaliyyətə başlayıb. Fərhad Əliyev Azərbaycandan kənarda olan və Azərbaycan hakimiyyətindən incik olan iş adamlarını bir araya toplayır və gücünü hər gün artırmaqdadır.

Bir neçə gün əvvəl ölkə mediasında adi görünən bir izdivac xəbəri ilə yayıldı. “Zülfüqarlılar qəbiləsi Mənsimovlar nəsli ilə qohum oldu” başlıqlı yazıda “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun qardaşı, şirkətin Bakı ofisinin və “PAL süd”ün rəhbəri Mais Mənsimovun qızının toyu barədə məlumat verilirdi.


Məlumatda qeyd olunurdu ki, toy Türkiyənin məşhur Çırağan sarayında baş tutub. Mais Mənsimovun qızı Zümrüd tanınmış iş adamlarından olan, Zülfüqarlı qardaşlarından biri, “Sönmezler Metal” şirkətinin rəhbəri Loğman Zülfüqarlının oğlu Şahinlə ailə həyatı qurub. Toyda 500 nəfər qonaq iştirak edib. Azərbaycanlı və türkiyəli rəsmi şəxslər arasında AKP sədrinin köməkçisi Mehdi Aker də olub.

Mərasimdə Murad Boz, Hadisə və bir sıra məşhur ulduzlar çıxış edib. Hər şeydən əvvəl yeni ailə quran gənclərə bir ömür boyu səadət diləyirik.

Onu da qeyd etmək istəyirik ki, yeni qohum olan hər iki ailə Azərbaycanın dünya miqyasında tanınmış iş adamları olan Zülfüqarlı qardaşları ilə Mənsimovlar ailəsidir və bu iki ailənin iqtisadi gücləri xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da kifayət qədər sirayət edicidir.

Saytımıza daxil olan məlumata görə yuxarıda bəhs edilən izdivac könül məsələsi olmaqla yanaşı, həm də siyasi izdivac məqsədi daşıyır və bu siyasi izdivacın arxasında isə məhz Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri, dövlət çevrilişinə cəhdə görə 2005-ci ildə həbs olunan və 2013-cü ildə ölkə prezidenti İlham Əliyevin əfv fərmanı ilə azadlığa çıxan və bundan sonra Azərbaycanı tərk edərək Türkiyədə məskunlaşan Fərhad Əliyev dayanır.

Bu barədə Politko.az saytını məlumatlandıran bildirib ki, Türkiyədə Çırağan sarayında keçirilən dəbdəli toy mərasimi iki tanınmış iş adamnın ailə üzvlərinin nikahı kimi diqqəti çəkən bir xəbər olsa da, əslində bu nikahın siyasi ağırlığı da var və bu iki ailənin nikah ittifaqında girməsində sabiq nazir Fərhad Əliyevin xüsusi rolu olub. Sırf siyasi maraqlar çərçivəsində bu iki ailənin qan qohumluğunu istəyən Fərhad Əliyev Azərbaycanda xaricdə güclü biznes imperiyası quran iki qüdrətli ailənin imkanlarından özünün siyasi məqsədləri üçün istifadə etməyə çalışır.

Məsələ ilə bağlı məlumatlı olduğunu iddia edən mənbə bildirib ki, Zülfüqarlılarla Mənsimovlar arasında izdivac birbaşa Fərhad Əliyevin istəyi ilə həyata keçib və bu qohumluq əslində siyasi qərarın nəticəsi olaraq Azərbaycandaxili proseslərə müdaxilə etmək məqsədi siyasi ittifaqın davamlı və möhkəm olması məqsədi ilə qurulub. Mənbə bildirir ki, Fərhad Əliyev həmin toyun fəxri qonaqlarından biri olub. Toyun bir vaxtlar Osmanlı hökmdarlarının əyləncə mərkəzlərindən olan Çırağan da keçirilməsi də simvolikdir. Dəbdəbəli toyun fəxri qonaqlarından brininin hakim AKP-nin başqan yardımçısı Mehdi Akerin olduğu da nəzərədən yayınmamalıdır. Bu toyun əslində köhnə Osmanlı məkanından yeni osmanlıların Azərbaycan iqtidarına mesaj olduğunu qeyd edən mənbə hesab edir ki, son günlər, Türkiyə-Ermənistan münasibətlərinin yumşalmasını nəzərdə tutan Sürix protokolunun dirildilməsinə yönəlik addımlar da diqqətdə saxlanılmaldır. Çünki Mehdi Aker məhz Sürix protokolunun müəlliflərindən biridir və hazırda da bu yöndə çalışmalar aparmaqdadır. (Bu barədə ikinci yazımızda ətrafli məlumat verəcəyik). Öncəliklə Fərhad Əliyev, Mübariz Mənsimov və Zülfüqarlı qardaşdaşlarının keçmişinə diqqət edərsək, o zaman bəzi məsələlərin üzərinə özü-özünə işıq düşmüş kimi olur.

Başlayaq Zülfüqarlı qardaşlarından: Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin Azərbaycan iqtisadiyyatını tam olaraq idarə etdiyi dönəmlərdə Azərbaycanın metal sənayesi bu ailənin inhisarına verilib. Nurəddin və Loğman Zülfüqarlı qardaşları Fərhad Əliyevin birbaşa yardımı ilə 2003-cü ildə açıq tenderə çıxarılmış “Bakı Poladtökmə” zavodunun səhmlərinin 96 faizini alıblar. Bundan sonra isə Fərhad Əliyev və Zülfüqarlı qardaşları bu zavoda sərmayə yatırıblar. Çökmüş iqtisadiyyatı olan hər iki zavodun işçilərə, dövlətə və müəssisələrə olan borcları ödənilib, müəssisələrə iri məbləğdə sərmayə qoyulub. 2005-ci ildə dövlət çevrilişi ittihamı ilə Fərhad Əliyev həbs olunduqdan sonra da zavod öz fəaliyyətini davam etdirib. Yalnız 2010-cu ildə zavod zorla Zülfüqarlılardan alınıb, özləri müxtəlif bəhanələrlə həbs ediliblər. Həbsdən yayınaraq 2011-ci ilin yanvar ayında ölkəni tərk etdikdən sonra Nurəddin və Loğman Zülfüqarlı qardaşları öz hüquqlarının bərpası üçün müxtəlif iddia tələbləri ilə məhkəmələrə üz tutublar. Yerli məhkəmələrdə ədalətli qərara nail ola bilmədiklərindən Zülfüqarlı qardaşları Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdilər və Azərbaycan hakimiyyəti əleyhinə bir sıra fəaliyyətlər göstərdilər. Hal-hazırda hər iki qardaş Azərbaycanın mövcud hakimiyyətinə qarşı düşmən mövqeyi sərgiləyən iş adamları kimi tanınırlar. Onlar əllərində olan pulların və sərmayənin böyük hissəsini Türkiyəyə çıxara bildiklərindən hazırda bu ölkənin ən aparıcı iş adamlarından hesab olunurlar. Həmçinin Zülfüqarlı qardaşlarının Dubay və Ukraynada geniş biznes şəbəkələrinin fəaliyyət göstərməsi haqqında məlumatlar da var. Əslən Qərbi Azərbaycandan olun Zülfüqarlı qardaşlarının Fərhad Əliyevin sayəsində Az’rbaycanda biznesə girmələri və hal-hazırda da Fərhad və Rafiq Əliyev qardaşlarına bağlı olmaları da? onları yaxından tanıyan hər kəsə bəllidir.

Mübariz Mənsimova gəldikdə isə, onu Azərbaycanda yəqin ki, tanımayan yoxdur. Türkiyədədəki “Palmali” adında, artıq brendləşmiş gəmiçilik şirkətinin sahibi Mübariz Mənsimov tək Azərbaycanda deyil, Azərbaycandan kənarda da kifayət qədər tanınmış iş adamıdır. O da öz biznesini məhz Fərhad Əliyevin sayəsində qurub və hazırda beynəlxalq gəmiçilik sektorunda “Palmali” şirkətinin xüsusi payı var. Bir vaxtlar Xəzər Dəniz Gəmiçiliyinə aid gəmilərin əksəriyyəti Mübariz Mənimsovun sərəncamında idi. Lakin Fərhad Əliyev həbs olunandan sonra Mübariz Mənsimov biznesini tamamilə Türkiyəyə və Rusiyaya köçürə bildi. Hazırda “Palmali” şirkəti yük daşımalarda dünya miqyasında brend şirkət olaraq tanınr. Mübariz Mənimsovun xüsusi mülkiyyətində onlarla tanker və yük gəmisi var ki, bütün bu varidatın yaranmasının təməlində Fərhad Əliyev dayanır. “Palmali” şirkətinin Azərbaycanda kiçik bir ofisi fəaliyyət göstərir. Bu ofis əsasən “Palmali” şirkətinin gəmilərində çalışmaq üçün dənizçiləri işə almaqla və onları gəmilərə yola salmaqla məşğul olur. Lakin “Palmali” şirkətində çalışan dənizçilər heç də Mənsimovdan məmnun deyillər. Onların dediyinə görə, şirkətdə onlara qarşı ayrı-seçkilik hökm sürür, gəmilərdə çalışan ruslar və türklər onlardan 3-4 dəfə artıq maaş alır, eyni zamanda azərbaycanlı dənizçilər mütamadi olaraq aşağılanırlar. Yəni faktiki olaraq Mübariz Mənsimov öz həmyerlilərindən ucüz işçi qüvvəsi kimi yararlanır. Mübariz Mənsimov ölkəmizdə “Xəzər-Lənkəran” futbol klubuna sponsorluq edirdi, lakin sonradan bu futbol klubuna öz maliyyə dəstəyini dayandırdı. Bir zamanlar tanınmış sənət adamlarını müalicəyə göndərməklə ictimai diqqəti öz üzərinə çəkə bilmişdi. Ancaq hanısa kasıb övladının təhsil, müalicə problemlərinə pul xərclədiyi barədə bircə fakta belə rast gəlinməyib. Bundan başqa, özü barədə guya restorandan qovulan dilənçinin illik xərclərini ödəyən xeyriyyəçi iş adamı kimi əfsanələr yayılmasına pul xərclədiyi də məlumdur. Türkiyədə azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəraniskinin qətli ilə bağlı bəzi epizodlarda Mübariz Mənimsovun adı da çəkilmişdi. Cənab Mənsimovun dost olduğu Azərbaycan iqtidarından incikliyi isə Xəzər Dəniz Gəmiçiliyinı aid gəmilər və strateji məhuslların daşımaçılığı onun monopoliyasından çıxdıqdan sonra başlayıb. Əvvəlki mənəfəətlərindən məhrum olan Mənsimov Azərbaycanda yeganə müəssisəsi olan “Palsüd” süd məhsulları zavodunun gəlir gətirmədiyini, ancaq ziyanla işləsə belə, həmyerlilərinə çörək vermək üçün fəaliyyət göstərdiyini bəyan etdi. (Yeri gəlmişkən, M. Mənsimovun ismarıclarının ölkəyə çatıdılrmasında adı FETÖ qalmaqalında sonra bağlanan ANS xüsusi canfəşanlıq edirdi). Əslində, bu bəyanat dövlət başçısının ölkədə əlavə iş yerlərinin açıldığı, iqtisadi inkişafın yükəsk olması barədə bəyanatları iıə diametral ziddiyyət təşkil edirdi. Respublikamızda baş vermiş ciddi hadisələrə biganə qalmayan cənab Mənsimov birinci vitse-prezident təyinatına da münasibət bildirmədi. Məntiqi konstruksiyanı tamamlamaqdan ötrü başqa bir faktı diqqətinizə çatdıraq: Hər iki ailənin dostu Fərhad Əliyev həbsdən çıxdıqdan sonra 1 milyard dollar sərmayə ilə Türkiyə Cumhuriyyətinə sığındı və orada iş qurdu. Yəni faktiki olaraq Fərhad Əliyev həbsdən çıxdıqdan sonra ortaqlarının yanına getdi və onlarla birlikdə biznes və siyasi fəaliyyətini davam etdirməkdədir. Məlumatlı mənbə bildirir ki, məhz siyasi hesablar üzərindən Fərhad Əliyev özünün ən yaxın iki sadiq adamı arasında qan qohumluğu yaradılmasını istəyib.

Çünki istər Zülfüqarlılar, istərsə də Mənsimov Fərhad Əliyev üçün vaz keçilməz adamlardır və onlar arasında pozulmaz ittifaq yaratmaq Fərhad Əliyev üçün çox önəmli məsələdir. Mənbə bildirir ki, hazırda Fərhad Əliyev çox siddi şəkildə siyasi planlar qurur. O hakimiyyətdən narazı olan və hazırda ölkədən kənarda yaşayan iş adamlarını öz ətrafına toplamaqla məşğuldur.

Bu iş adamları arasında Rza İbadov, Hüseyn Abdullayev kimi Azərbaycan hakimiyyətinə düşmən kəsilən sabiqlər də var. Lakin Fərhad Əliyev üçün gələcək komandasında ən önəmli fiqurlar olaraq Nurəddin Zülfüqarlı və Mübariz Mənsimov yer alır. Qeyd edək ki, Fərhad Əliyevin Azərbaycan müxalifəti ilə əlaqələri də möhkəm tellər üzərində qurulub. Fərhad Əliyevin Azərbaycan müxalifəti ilə əlaqələri və Türkiyə iqtidarındakı güclü hamiləri və müttəfiqləri ilə bağlı məlumatları isə ikinci yazımızda oxuyacaqsınız…

Mövzü davam etdiriləcək.
Tarix: 15-04-2017, 10:22
Xəbəri paylaş





Xəbər lenti