“Bu məmləkətdə İbrahim Mehdiyevi əvəzləyəcək gənc kadr yoxdurmu?”- POLİTOLOQ "ÜSYAN" ETDİ...

“Bu məmləkətdə İbrahim Mehdiyevi əvəzləyəcək gənc kadr yoxdurmu?”- POLİTOLOQ "ÜSYAN" ETDİ... “Dövlət başçısı son zamanlar mühüm dövlət vəzifələrinə və yeni yaradılan təşkilatlara 30-35 yaşlı gəncləri təyin edir. Bir çoxu xaricdə təhsil almış həmin gənclər qabiliyyətli olduqlarını sübut etmək üçün sözün yaxşı mənasında dəridən-qabıqdan çıxır və yenilik gətirməyə çalışırlar. ASAN xidməti göz qabağındadır. Ancaq anlamadığım bir məsələ var. Bəs niyə icra hakimiyyəti başçısı vəzifələrinə həmin gənclər irəli çəkilmir?”
Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun qeyd etdiyinə görə, bir nümunə belə yoxdur ki, xaricdə hüquq və ya iqtisadiyyat təhsili almış gənc kadr hansısa rayona icra başçısı təyin olunsun və əllərini çırmalayaraq rəhbəri olduğu rayonu başqalarından yaxşı mənada fərqləndirməyə çalışsın.
“Götürək Yasamal rayonunu.
Bu, İbrahim Mehdiyev Yasamalın altını üstünə çevirib, tonlarla ağacların kəsilməsinə və onların yerində müxtəlif obyektlərin tikintisinə şərait yaradıb, indi də o qədər özünə arxayındır ki, jurnalistə əl qaldırıb.
Bu məmləkətdə İbrahim Mehdiyevi əvəz edə biləcək gənc kadr yoxdurmu?
”-deyə, o, sözlərinə əlavə edib.
Siam.az
Tarix: 16-04-2017, 09:37
Xəbəri paylaş





Xəbər lenti