“Turanın siyasi birliyi Bütöv Azərbaycandan keçir”

Dilavər Əzimli: “Biz bunun baş verəcəyinə qəti əminik” “Turanın siyasi birliyi Bütöv Azərbaycandan keçir” Qazaxıstanın latın əlifbasına keçməsinin ardınca Qırğızıstanda da oxşar tələblərin səslənməsi türk dünyasında böyük maraqla izlənməkdədir. Bəzi ictimai-siyasi xadimlər hesab edir ki, baş verənlər Rusiyanın bu coğrafiyadakı təsirinin azalması ilə yanaşı, türk birliyinin möhkəmlənməsi baxımından da müstəsna əhəmiyyətə malikdir.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Bütöv Azərbaycan Ocaqları başqanının ideologiya məsələləri üzrə müavini, AMEA-nın Tarix İnstitututunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli baş verənlərin türk birliyinin möhkəmlənməsinə xidmət etdiyini vurğuladı:
“Əslində, bu cür fəaliyyət Turan Birliyinin möhkəmləndirilməsinə xidmət edir. Vaxtilə Türan dünyasının böyük mütəfəkkiri İsmayıl Qaspıralı deyirdi ki, "Fikirdə, Dildə, Əməldə birlik". Biz ilkin olaraq fikrən bunu qəbul etdik. İndi ikinci mərhələ başa çatır. Artıq dildə birlik baş verir. Qırğızıstan da latın qrafikasına keçərsə, dildə birlik alınır. Qalır əməldə birlik. Bu o deməkdir ki, biz əməldə də bir olmalıyıq. Bu istiqamətdə də iş gedir. Ötən il aprel döyüşləri zamanı Qazaxıstan gəncləri bizim səfirliyə müraciət etmişdilər ki, Qarabağ savaşına getməyə hazırdırlar. Yaxud AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun və Bütöv Azərbaycan Ocaqlarının fəaliyyətləri nəticəsində erməni daşnaklar Özbəkistanda Şöhrət Barlasla bağlı məhkəməni uduzdular. Bu həmrəylyin, həm də Turan həmrəyliyinin qələbəsi idi. Təbii ki, bütün bunlar Rusiyanın siyasi, elmi-mədəni təsirini olduqca azaldır və inşallah tezliklə sona yetəcəkdir.
“Turanın siyasi birliyi Bütöv Azərbaycandan keçir”
Biz elmi baxımdan Rusiya ilə əməkdaşlığın tərəfindəyik, lakin bu elmi ekspansiya səviyyəsində olmamalıdır. Bu gün Mərkəzi Asiyada bir oyanış gedir. Bu yöndə Turan dünyasının ağsaqqalı Nursultan Nazarbayevin böyük əməyi vardır. Onu da əlavə edim ki, Rusiyanın içində də Turan Birliyi istiqamətində oayanış vardır. Əminəm ki, Tatarıstan tezliklə latın qrafikasına keçəçəkdir. Yaxşı olardı ki, Rusiya özü də bu qrafikanı qəbul edəydi.
Baş verənlər ümumtürk maraqları baxımından mühüm əhəmiyyət kəsb edir. Bu mənada biz BAO olaraq gələcəyə nikbin baxırıq. Onu da qeyd etmək istərdik ki, Turanın siyasi birliyi Bütöv Azərbaycandan keçir. Biz bunun da baş verəcəyinə qəti əminik!!!”

Seymur Əliyev
Tarix: 17-04-2017, 07:35
Xəbəri paylaş





Xəbər lenti