Eldar Mahmudovun vəzifə başında olan adamlarından biri... - Onun da vaxtı çatıb

Eldar Mahmudovun vəzifə başında olan adamlarından biri... - Onun da vaxtı çatıb Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov sabiq MTN naziri Eldar Mahmudovun vəzifə başında olan tək-tük kadrlarından biridir. Bu, faktdır və zamanında qohumu - RYTN-nin sabiq aparat rəhbəri Vidadi Zeynalovun araçılığı ilə Eldar Mahmudovun komandasında özünə yer etməyə müvəffəq olan Ceyhun Cəfərov MTN ləğv ediləndən sonra da icra başçısı mövqeyini qoruya bildi ki, bunun da nədənləri var imiş. Bu barədə DİA.AZ-a ilginc informasiya daxil olub.

Məlumatlı mənbə iddia edir ki, Ceyhun Cəfərov MTN generallarına qarşı qurulan istintaqla yaxından əməkdaşlıq etdiyinə görə, vəzifə başında saxlanılıb.

Mənbənin dia.az-a söylədikləri: "Ceyhun Cəfərov bu yolla həbsdən yayına bildi yalnız. Amma artıq onun da sürəsi dolub. Çünki istənilən halda onun sabiq MTN generalları ilə bağlı bəlli bir keçmişi var ki, bu keçmişin araşdırılması hətta icra başçısını həbsə belə apara bilər".

Mənbə iddia edir ki, yaxın günlərdə Ceyhun Cəfərovla bağlı yekun qərar veriləcək: "Daha sərt addımlar da atıla bilər".

Qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 19-04-2017, 14:08
Xəbəri paylaş





Xəbər lenti