Kərəm Həsənov Eldar Mahmudovla Fərhad Əliyevə görə hədəfdə - Dosye

Kərəm Həsənov Eldar Mahmudovla Fərhad Əliyevə görə hədəfdə - Dosye Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov MTN şefi Eldar Mahmudov və sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə görə hakimiyyət qarşısında aciz qalıb

Ulus.Az-ın xəbərinə görə, komitə sədri F.Əliyev əleyhinə vaxtilə verdiyi ifadə və MTN işində əməllərinin üzə çıxması haqda tirajlanan məlumatlardan əndişələnib.
K.Həsənov iqtidar önündə etimadını itirib və ona olan inam qalmayıb. Bu da vəzifəsini bu gün-sabah itirmək təhlükəsini sovuşdurmayıb.


Hər iki hadisə ölkə rəhbərliyinin komitə sədrinə olan münasibətini formalaşdırıb. Artıq xeyli vaxtdır ki, hədəfdə olan K.Həsənov E.Mahmudovla F.Əliyev məsələləri üzrə gözdən düşüb.

İqtidar rəhbərliyi məhz komitə sədrinin illər əvvəl göstərdiyi xidmətə görə onu mükafatlandırıb və vəzifədə saxlayıb.

Hakimiyyət bu yaxşılıqları əsla unutmur, di gəl ki, haçansa K.Həsənovun hökumətə arxa çevirəcəyinə də güman edir.

Əslində, həmyerlisinə xəyanət etmiş bir şəxsə hakimiyyət daxilində müsbət münasibət yoxdur. Sadəcə, hakimiyyətin idarə olunması prosesində belə lazım olub.

K.Həsənov bu gün də həmyerlisi, həbs həyatı yaşamış keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə etdiklərinə görə daxilən əzab çəkir.

Komitə sədri onun bir zamanlar əlindən tutub karyera pilləsində yüksəldən həmyerlisi olan naziri istintaqda ələ verib, dost əlini uzatmış F.Əliyevin biləyindən kəsib.

Ulus.Az-ın xəbərinə görə, komitə sədrinin F.Əliyevə etdiklərinin MTN şefi Eldar Mahmudov işində də təkrarlaması istisna edilmir.

Bir müddət əvvəl MTN işi ilə bağlı “quyruğu qapı arasında qalmış”, Mahmudov-Çovdarov bandası ilə işbirliyi de-şifrə olmuş, barəsində ifaşedici materiallar yayımlanmış K.Həsənov vəziyyətdən sivişib çıxmağa müvəffəq oldu.

Hətta mətbuata da minnətçi düşən və media emissarlarının hesabına təşkil etdiyi kampaniya ilə Mahmudov-Həsənov əlbirliyini ört-basdır etməyə çalışan komitə sədri kim bilir ki, istintaqa nələr açıqlayıb.

Ona görə də indi hakimiyyət ona güvənmir. Elə bu iş üzrə Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanovu qurban verən Kərəm Həsənov üçün bir həyat kredosu var - silahdaşlarını, ona dəstək verənlər ən dar anda ələ vermək olar, təki kreslosunu itirməsin. Media isə yazır ki, komitə sədri keçmiş nazirlə barışmaq üçün təşəbbüs göstərib.

K.Həsənov vəzifədən çıxarılmaq qorxusu qarşısında köhnə düşmənçiliklərdən yaxa qurtarmaq üçün F.Əliyev və onun qardaşı Rafiq Əliyevlə münasibətlərini sahmana salmağa çalışır.

Ulus.Az
Tarix: 21-04-2017, 05:14
Xəbəri paylaş





Xəbər lenti