Moskva İrəvanı 7 rayonu qaytarmağa razı salmasa..
Rusiyanın təklifi ilə xarici içşlər nazirlərinin qarşıda planlaşdırılan görüşündə konkret nəticə əldə olunmasa, müharibə qaçılmaz olacaq.
Siam.az bildirir ki ,bu sözləri Axar.az-a Rusiyanın Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşünü planlaşdırması ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert sözügedən görüşün daha əvvəl baş tutmamasının əsas səbəbini Ermənistanda görüb:“Əslində, xarici işlər nazirlərinin üçtərəli görüşü dekabrda baş tutmalıydı. Ermənistanda seçkiqabağı proseslər mürəkkəb idi və məhz bu vəziyyət nəzərə alınaraq görüş təxirə salındı. Bu məsələnin texniki tərəfidir. O ki qaldı reallığa, gündəlikdə real təkliflər hələ də çiy vəziyyətdədir. Aydındır ki, Ermənistan məsələni elə qoyur ki, danışıqlar atəşkəs rejiminin bərpası ətrafında getsin və bundan sonra cəbhədə silahlı toqquşmalar baş verməsin. Ancaq Azərbaycan tərəfi bununla razı deyil. Rəsmi Bakı çalışır ki, bu məsələ ilə yanaşı, rayonların azad olunması və qaçqınların geri qayıtması da müzakirə olunsun. Əgər qarşıdakı görüşdə konstruktiv yanaşma olsa, yay aylarında cəbhədə gərginlik səngiyəcək. Çünki şərtlərə görə, tərəflər xarici işlər nazirlərinin görüşündən sonra prezidentlərin görüşünə hazırlaşmalıdır. Konkret nəticə əldə olunmasa, onda hər şey gözləyə bilərik. Belə şəraitdə müharibə ehtimalları heç yaya da qalmayacaq, mayın sonu və ya iyunda da vəziyyət gərginləşə bilər”.
Qeyd edək ki, 27 apreldə Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşü nəzərdə tutulur.
Siam.az
Tarix: 25-04-2017, 09:41