ABŞ: Türkiyə heç vaxt müttəfiqimiz olmayacaq

ABŞ: Türkiyə heç vaxt müttəfiqimiz olmayacaq Türkiyənin İraq və Suriyaya təşkil etdiyi əməliyyatlar onu göstərdi ki, bu ölkə heç vaxt müttəfiqimiz olmayacaq.

Siam.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Xarici Əlaqələr Şurasının rəhbəri Riçard Haas Tvitter hesabında yazıb.

Ekspert bildirib ki, Vaşinqton strateji olaraq beynəlxalq siyasətini yenidən dəyərləndiməlidir:

“Əgər Türkiyə bu əməliyyatlara davam edərsə, Ərdoğanın ABŞ səfəri ləğv edilməlidir”, - Haas bildirib.

Qeyd edək ki, Türkiyə qırıcılarının Suriya və İraqda PKK mövqelərinə aviazərbələri nəticəsində 70-dən çox terrorçu məhv edilib. Türkiyənin ilk dəfə olaraq Sincar bölgəsini də hədəf alması ABŞ, Rusiya və İranın narazılığına səbəb olub. Türkiyə lideri Ərdoğan isə bu əməliyyatla bağlı ABŞ və Rusiyanın əvvəlcədən məlumatlandırıldığını açıqlayıb.
Siam.az
Tarix: 27-04-2017, 09:26
Xəbəri paylaş





Xəbər lenti