Qənirə Paşayevanın “QONAQLIĞI”, Deşilən Çuval və Yerə Tökülən Dənlər

Qənirə Paşayevanın “QONAQLIĞI”, Deşilən Çuval və Yerə Tökülən Dənlər Bu hamıya aydındır ki, hər bir kəsin özünəməxsus xarakteri var. Bu xarakterlərdə hansı keyfiyyətlərin cəmləşməsi də proseslərin ümumu gedişatında özünü açıqca büruzə verir. Nəzərə alsaq ki, xarakterlər xeyir və şər əməllər üçün bir qaynaq rolu oynayır, onda üzdə olan simaların fərdi keyfiyyətlərinin hərtərəfli araşdırılaraq şəxsiyyətin tədqiqi baxımından bunun cəmiyyətə çatdırılması mediyanın boynuna düşən əsas yüklərdəndir. Çoxları bunu “katolikliyə iddialılıq” kimi dəyərləndirsə belə ancaq bəlli bir həqiqət var: AZADLIQ FƏRDLƏRİN BƏTNİNDIN DOĞULUR...
Özünü fədakar kimi göstərməyə çalışan məmləkət əhlinin əksəriyyətinin fəaliyyətinə yalanlar hakim kəsilib. Öz fərdi maraqlarını ümumi inkişafımız naminə qurban vermək istəyi görüntüsü yaradan belələrinin siyasi davranış tərzləri əslində dən axtarışıyla vurnuxan quşların cikkiltisini xatırladır...
“Fondumuzda kifayət qədər QAN EHTİYATI VAR” açıqlaması qarşılığında elə öz qanı bahasına qan alan 18 minə yaxın onkoloji xəstələrin, bir ömür boyu müalicəyə möhtac çarəsiz telasimiklərin, sayına görə dünyada üçüncü pillədə dayana məmləkətimizin autizm, daun sindromlu uşaqlarının halı QONAQ GETMƏYİ XOŞLAMAYAN səlahiyyət və imkan sahibi olanlarımızı deyəsən qətiyyən ilgiləndirmir. İlgiləndirsəydi, deyilənlər başa gəlməzdi!!!!
Bu günlərdə millət vəkili Qənirə xanım Paşayeva məmləkət əhliylə keçirdiyi görüşlərindən birində vurğuladı ki, “AUTİZM SİNDROMLU UŞAQLARIN AİLƏLƏRİNİN VƏZİYYƏTİNİ BAŞA DÜŞMƏK, bu cameənin yaşantılarını duymaq üçün 20 DƏQİQƏ ONLARDA QONAQ QOLMAQ kifayətdir”...
XANIMLAR VƏ BƏYLƏR, o “qonaqlıq”dan həm ayrı-ayrı evlərə, həm də dövlət xəstəxanalarına, dövlət müəssisələrinə təşkil edin və baxın əsil gerçəkliyə!!!! Görün nələrin, nələrin, nələrin şahidi olacaqsınız!!!!!
Qənirə xanımın təklifi Fərəc Quliyev, Sevinc Fətəliyeva adlı Milli Məclisdə oturanları, yerli məmurları mənim də yadıma saldı.
“Mən”lə yazı yazmaq publisistik ənənəyə zidd olsa da, ancaq Fərəc Quliyev, Sevinc Fətəliyeva kimi deputatların, “xalqın xidmətçisi” ola bilməyən məmurların fəaliyyətləri adamı bu günahı işləməyə vadar edir. Neçə illərdir ki, mətbu müstəvidə bəndeyi-fəqiriniz həm də bir SEÇİCİ olaraq bu kəslərə yönəli “QONAQ GƏL BİZƏ” müraciətində bulunmaqdadır ki, GƏLSİNLƏR VƏ GÖRSÜNLƏR SEÇİCİLƏRİNİN HALINI. Səd heyiflər olsun ki, onlar öz laqeydliklərilə sıradan bir deputatxana işçisi, XALQIN XİDMƏTÇİSİ
olmadıqlarıyla bağlı format ortaya qoyub, millətin dərdindən, sərindən uzaq olduqlarını sərgiləməkdədilər.
VƏ BUDUR: İndi Qənirə xanım Paşayeva da bütün laqeyd insanları, məmur təbəqəsini dərdləriylə baş-başa qalan məmləkət əhliylə görüşə çağırır. TƏŞƏKKÜRLƏR QƏNİRƏ XANIM PAŞAYEVA!!!!!
Ancaq Fərəc Quliyev və Sevinc Fətəliyeva kateqoriyasında olan deputatxana işçilərinin, harın məmurların fəaliyyətlərində hələ də “20 DƏQİQƏNİN FƏLSƏFƏSİ”ni duymaq görüntüsü yoxdur...
Məmləkətimizdə müəyyən məsələlərə baxışda kütləvi dəlilik baş alıb getməkdədir. Zaman-zaman bunun simptomları özünü büruzə versə də, zatən belə kütləvilik açıqca hiss olunmamışdır. İnsan üçün ən böyük dərdlərdən olan mənəvi eybəcərliyə düçar olanlarımız ölüm və qələbə kodu altında hakimiyyətə gizli oxlarla iltifat göstərib qabaqcadan onların minnətdarlıqlarını almaq istəyirlər. Necə deyərlər, ağıllı adam ovunu vurduqdan sonra bütün gücünü onu qaldırmağa sərf etmədiyi kimi hakimiyyət də öz gücünü qorumaqla beləcə yoluna davam etməkdədir. Heç şübhəsiz ki, Azərbaycan naminə.
Ardıcıl səfehlikləri ilə utopik düşüncələrlə nəşələnməkdə olan yazarların, laqeyd millət vəkillərinin, tükənsələr də, di gəl ki, idarəetməyə pərçimlənmişlərin eyforik davranışlarını artıq cəmiyyət sözün və siyasətin sehri deyil, mənəvi eybəcərliyin görüntüsü kimi qəbul edir. Avropanın dilində danışanlarımız hələ də xalqın dilini öyrənə bilməyiblər. OL SƏBƏBDƏN DƏ QONAQ GEDƏ BİLMİRLƏR....
Qarın niyyətilə siyasi müstəviyə sürüklənməyi özlərinə çıxış yolu sanan SİYASƏTÇİLƏR, MƏMURLAR, QAN VAR İKƏN QANIMIZA SUSAYANLAR, ölkəmizdə cürbəcür adlar altında fəaliyyət göstərən qadın təşkilatları, uşaq və gənclər, mədəniyyət və yaradıcılıq birlikləri, cürbəcür assosiasiyalar hansı qazanc naminə özlərini dövlətimizin qarantı kimi göstərməyə çalışırlar!?
Siyasətçilər üçün ehtiyac böyük önəm kəsb edir. Ehtiyacın dəyəri bu kəslər üçün əvəzedilməzdir. O, çoxlarının gicbəsər kimi qiymət verdikləri filosoflardır ki, bir köklə kifayətlənib, ehtiyaca boyun əymirlər. Siyasətdəsə bu şey çox zadın fövqündə dayanır. Çoxları öz məqsədinə çatmaq üçün başqa birisinin ehtiyacını ödəməklə ictimai mərtəbədə bir pillə də yuxarı qalxır.
Siyasi fəaliyyətləri əmələ deyil, görüntüyə söykənənlərin etdikləri çabalarsa quru təzəyi divara yapışdırmaqdan başqa bir şey deyil. Ha əlləş, vuruş, axı bu mümkün olan şey deyil, atam-qardaşım, anam-bacım!
Ancaq şəxsi ehtiyac daxili qəzəbi partlayış həddinə yaxınlaşdıranda əlacsız insan quru təzəkləri toplamaq üçün hara desən gedir. “Qonaqlıq”sa başqa qəbildəndir...
Faktların gerçəkliyi onu deyir ki, bugünkü cəmiyyətimiz AUTİZM ADLI SİNDROMUN DAŞIYICISI QİSMİNDƏ ömür sürməkdədir. Autistlər kimi hər təbəqənin öz dünyaları və öz həqiqətləri var: “SEÇİLƏNLƏR” öz kefləri, “SEÇƏNLƏR”sə dərdləriylə baş-başadır. Heç kim heç kimin evinin qapısını döymək istəmir. Həqiqəti söyləyəndə də sənə qarşı aqressiya baş alıb gedir. Və heç kim heç kimin dərdinə sahib çıxmaq istəmir.
Bəlkə də AUTİZMİN YAYILMASINA GÖRƏ “Azərbaycan dünyada 3-cü yeri tutduğu”ndandır ki, bu sindrom cəmiyyətimizə də sirayət edib. Sirayət edib ki, Fərəcquliyevlər, Sevincfətəliyevalar, yerli məmurlar seçici yanına, seçicinin evinə qonaq gedə bilmirlər – guya ki, bu adamların işləri başından aşır.
Həzrəti səlahiyyətlilər, yetmədimi supermarketlərdən haralarasa qoyulacaq şamların alınması və ondan istifadə qaydasını millətə aşılamağınız!?
CƏNABLAR, sizin işiniz ölkə başçısının işindən çoxdurmu?
CƏNABLAR, sizin işiniz həmkarınız Qənirə xanım Paşayevanın işindən çoxdurmu?

“Hər 55 oğlan uşağından birinin autist olduğu məmləkət”in millət vəkilinin susqunluğu zillət vəkilliyindən başqa bir şey deyil. İngiliscə konuşmadan özünə bronijilet düzəldən HƏZRƏTİ deputatlarımız, baxaq görək öz dilində danışmaqdan böyük məmnunluq duyan elə həmin avropalı deputat da autistə sizin kimi münasibət bəsləyirmi!?
YOX VƏ YENƏ DƏ YOX!!!!!
Qətiyyən bu, belə deyil. Avropada həmin autistlərə birbaşa dövlət səviyyəsində hər cür şərait yaradılır, onların və onlarla məşğul olan mütəxəssislərin bütün xərclərini dövlət ödəyir. Bu sindromun daşıyıcıları olan uşaqların tam şəkildə sosiallaşmaları , ictimai mühitə adaptasiya olunmaları üçün dövlətin, cəmiyyətin bütün institutları əlbir və məqsədli şəkildə birgə fəaliyyət sərgiləyirlər. Onkoloyi xəstələr, telasimiklər bu dərdə düçar olanların ailələrinin maddi imkanlarının ümidinə buraxılmırlar. Bəs Azərbaycanın aidiyyatı strukturları, aidiyyatı insanlar belə fəaliyyət sərgiləyirmi!?
Azərbaycana bunları gətirmək lazımdır, cənabü seçicilərinin dərdini sərini, problemini vecinə almayan həzrəti səlahiyyət sahibləri və həzrəti deputatlar. Özünüzü dərd əhlinin qəlbində dəfn etməyin, ay bu günün ölüləri!..
Tərəfimizdən ərz olunan bütün bunlar elə Fərəc Quliyevin də, Sevinc Fətəliyevanın da, məmurların da bilib demədikləridir.
Ancaq bunlardan fərqli olaraq QƏNİRƏ PAŞAYEVA cəmiyyətin yaşantılarını, cəmiyyətdə yaşananları birbaşa, bu və ya digər formatda deməkdə yükümlü olmasını apaydın dərk etmədədir. Qənirə xanım xalqa doğru addımlamanın, ”QONAQ GƏL BİZƏ” deyənlərin səsinə səs vermənin əməli görüntüsünü təqdim edir. Autist sindromlu uşaqların ata-analarının ağrısını, acısını duymaq üçün həmin ailədə “20 dəqiqə oturmağın da kifayət etməsi” ni gözəl anlayır. Məmurların, fərəclərin, sevinclərin anladıqlarısa xalqın içindən gələn zad deyil.
Bütün bunları deməliyik ki, özlərini məsum göstərənlərin fərdi keyfiyyətləri cəmiyyətə bəlli olsun. Bəlli olsun ki, onların xarakterlərindəki “KATOLİKLİYİN” cəmiyyət üçün hansı qaynaq rolu oynayacağı bir az anlaşıqlı şəkil alsın. Axı bu da bizim peşə xüsusiyyətimizdən irəli gəlir. Bətnimizdən doğulan Azadlığı qorumaq üçün cəmiyyətin bütün sahələrində baş verən proseslərə biganə qalmamaq, “qonaq getmək” gərəkir...


P.S. AZADLIĞIMIZA sahib çıxaq, Deşilən Çuval və Yerə Tökülən Dənlər bizimdir, bəylər və xanımlar?
Igid Teymurlu
Tarix: 28-04-2017, 08:02
Xəbəri paylaş





Xəbər lenti