“Ах, Мария, Мария! Что ты натворила?!”

“Ах, Мария, Мария! Что ты натворила?!” Azərbaycanda çox qəribə bir vəziyyət yaranıb. Elə ki, qonşu Rusiyanın ünvanına bir-iki cümlə tənqid yazırsan, bəziləri haray-həşir qaldırır ki, bu cür yazılar münasibətlərimizə xələl gətirir. Belə hadisə iki-üç ay öncə öz başıma da gəlib. Düzü, anlaya bilmirəm. Əgər bir əyalət jurnalistinin yazısı Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirirsə, deməli, ortalıqda heç bir normal münasibət yoxdur. Diplomatiya xətrinə deyilən ifadədir. Bir yandan da fikirləşirəm ki, başadüşməzlikdən deyirlər. Çünki qonşu dövlətin bəzi KİV-ləri də ölkəmizin ünvanına hədyanlar yağdırmaqdan çəkinmirlər, bizə irad tutanlar da yəqin belə yazılardan xəbərsizdirlər. Nə isə. RF bizim strateji tərəfdaşımızdır. Təki, həqiqətən belə olaydı. Amma mənim bu tərəfdaşlıqdan heç vaxt gözüm su içməyib. Azərbaycan qonşusuna qarşı nə qədər səbrli və təmkinli tərpənsə də xeyri yoxdur, Rusiya öz işindədir. Onun başçısı hamıya strateji tərəfdaş deyə-deyə baş qatır. Ermənilərin xaltası daim əlindədir, Abxaziya və Cənubi Osetiya adlı oyuncaq dövlətlər yaradıb, qan qardaşı Ukraynaya divan tutur, Moldovadan pay istəyir və sair. Saymaqla qurtarmaz. Məgər bunlar yalandır? Mən o ölkələrin adını çəkirəm ki, vaxtilə SSRİ adlı bir dövlətin tərkibində olublar və əllərində olanı RF süpürləyib aparıb. Özü də nə az, nə çox düz yetmiş il. Ən pisi budur ki, son vaxtlar Rusiya keçmiş SSRİ rolunda görünməyə başlayıb. Yetənə, yetməyənə daş atır. Siyasi və iqtisadi burulğana düşən, cənubunda üç-beş terrorçunun əlində aciz qalan qonşumuz yenidən köhnə məkanda liderlik eşqinə düşüb. Elə bilir ki, dünya həmin dünyadır. Alınmayacaq, çünki RF beşik kimi yırğalanır. Elə öz subyektləri rəsmi Kremlə yavaş-yavaş yerini göstərirlər.



Bu məqaləni yazmaq fikrində deyildim. Mətbuatda oxuyanda ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərini təhqir edib, təbii ki, dözə bilməzdim. Gözləyirdim ki, Mətbuat Şurası və digər jurnalist qurumları sərt reaksiya verəcəklər. Bəlkə də veriblər, amma mən rast gəlməmişəm. Bir neçə jurnalisti çıxmaq şərtilə, çoxundan səs-səmir çıxmadı. Mənim isə ölkəmdə yaşayan jurnalistləri tərbiyəsiz və ədəbsiz adlandıran Mariya ilə bağlı deyəcəklərim var. Ay Mariya xanım, nə olsun ki, Rusiya böyük dövlətdir və regional güc sayılır. Məgər güclü olanda başqalarını təhqir etmək olar? Sosial şəbəkələrdən oxumuşam ki, bu xanım haradasa deyib ki, ermənilərlə nəfəs alır. Dəqiq deyə bilmərəm, bəlkə də söyləməyib. Amma belədir ki, var. Ola bilsin ki, Mariyanın ermənilərlə münasibətləri çox istidir... Nə deyim, kiminsə sevgi işinə qarışmağa ixtiyarım yoxdur. Amma daha bu sevgini Rusiyada dövlət səviyyəsinə gətirib çıxarmaq özü Mariya üçün təhqirdən də beşbetərdir. Bu adam elə danışır ki, guya biz “DQR”-in kim tərəfindən yaradıldığından və bu gün himayə edildiyindən bixəbərik. Yaxşı, ola bilsin ki, Mariyanın erməni sevgisi o qədər aşıb-daşıb ki, bunu rəsmi səviyyədə deyir. Axı bunun Rusiya vətəndaşı olan və 2014-cü ilin dekabrında “DQR” məhkəməsi tərəfindən ömürlük həbs cəzası verilən Dilqəm Əsgərovun taleyi ilə bağlı suala nə dəxli? Axı, Dilqəm də elə Mariya kimi eyni ölkənin vətəndaşlarıdırlar.Gör, Rusiya Xarici İşlər Nazirliyi özünü nə günə qoyub ki, heç bir dövlətin , o cümlədən, özünün də tanımadığı oyuncaq qurumun məhkəməsinin qərarına beynəlxalq hüquq normalarına uyğun cavab verməkdən çəkinir. Mən başa düşürəm, Dilqəm Əsgərov azərbaycanlı və müsəlmandır. Əgər onun yerinə İvan, Andrey olsaydı, Rusiya dünyanı ayağa qaldırardı. İndi yazıq Dilqəm Əsgərovun nə günahı var? Bu kişi öz dədə-baba torpağına baş çəkərək rəhmətə gedən yaxınlarının qəbirlərini ziyarət etmək istəyib. Daşnaklar da onu girov götürüb saxlayırlar. Belədə azərbaycanlı jurnalist Mariyaya öz vətəndaşı haqqında sual verməsin nə etsin? Verib və tək özü yox, bütün Azərbaycan jurnalistləri təhqir olunub. Bu arada bir məqama da toxunmaq istəyirəm. Yalan-doğru deyirlər ki, RF Xarici İşlər Nazirliyinin başında duran Sergey Lavrov ermənidir. Bəziləri də iddia edirlər ki, yalnız bir tərəfi ermənidir. Dəxli yoxdur, ortalıqda erməni söhbəti varsa Azərbaycana qarşı münasibət aydındır. Yəqin ki, Mariya bu baxımdan da şefinə girişmək istəyir... Nə etsin, ermənilərin qabağında quyrub bulayıb bəlkə vəzifədən-zaddan bir şey aldı. Mən demirəm ki, Mariya içindəki erməni sevgisini öldürsün. Bunu özü bilər. Daha biz jurnalistləri təhqir edib ağzına gələni danışmasın. Bu xanım deyir ki, Rusiya XİN barədə yazılan məqalələrlə bağlı Azərbaycandan kimlərsə ondan üzr də istəyiblər. Mənim üçün belələri ilə daşnaklar arasında heç bir fərq yoxdur. Yəqin onların da qanı təmiz deyil.



Bir sözlə, Mariya aranı qarışdırıb. Azərbaycanlı jurnalistləri təhqir edərək öz mədəniyyətini və əxlaqını, etikasını nümayiş etdirib. Mariyadır da... Nə deyim... Yəqin bir gün qabaq erməninin qonağı olub və o da bizlərdən qulağına yaxşı olmayan şeylər pıçıldayıb. Əgər Mariyanı Ermənistan adlandırılan dövlətin fəxri vətəndaşı elan etsələr təəccüblənməyin. Belə getsə, bunun da şahidi olacağıq. İndi nə edək, bu sözçünün ermənilərdən alacağı və umacağı var. Bununla işimiz yox. Amma Azərbaycan jurnalistlərini təhqir etməsin. Deyilənə görə, Moskvada, eləcə də, dünyada haqqında pis-pis fikirlər dolaşır... Böyük Britaniyanın “The Sun” nəşri bu cazibədar xanımı dünyanın 100 seks simvolundan biri adlandırıb. Amma Mariyanın səsi çıxmayıb. Çünki od olmayan yerdən tüstü çıxmaz...



Müqəddəs Mehdiyev
Siam.az
Tarix: 29-04-2017, 00:20
Xəbəri paylaş





Xəbər lenti