Mariya Zaxarovanın rüsvayçılığı və Psakinin solğun görünüşü

Mariya Zaxarovanın rüsvayçılığı və Psakinin solğun görünüşü Qoltuğunda daş gəzdirən Rusiya XİN sözçüsünün aşırı həyasızlığı haqda

Rusiya XIN sözçüsü Mariya Zaxarovanın Azərbaycan mediasına qarşı məlum demarşı hafizəmizdə unudulmaz Cenifer Psakini bərpa eləmiş oldu. O Psaki ki, nə jurnalistləri, nə də cəmiyyəti darıxmağa qoyurdu. Vaxtilə ABŞ prezidentinin kommunikasiyalar üzrə müşaviri postunu tutmuş bu amerikalı xanım bütün uğursuzluqlara və sıxıntılara rəğmən, heç vaxt hirsli görünmədi – hələ biz onun açıq aqressiv davranış göstərməməsini demirik.

Bununla da o, bir çox həmkarlarından, o sırada indi aydın olur ki, həm də Rusiya xarici siyasət idarəsinin hazırkı sözçüsündən yaxşı mənada fərqlənib. Sonuncu – Mariya Zaxarova isə sadəcə olaraq, konfliktliliyə meyllidir, adi həqiqətlər ətrafında demaqogiya yaratmaqda mahirdir.

Zaxarovanın azərbaycanlı jurnalistlərin ünvanına qəzəbli hücumu hay-küy yaratdı. XİN spikerinin fırıldağını müxtəlif cür interpretasiya eləmək olar. Ancaq bütün hallarda aşağıdakı suala ağlabatan cavab tapmaq olar: belə bir eksses üçün bəhanə nə olub və Azərbaycan jurnalistlərinin günahı nədir?



Belə məsul vəzifə tutan adamların öz soyuqqanlılığını qoruması və emosiyalarını cilovlamasının nə dərəcədə vacib olduğunu söyləməyə dəyərmi? Düşünürəm ki, yox. Söhbət maraqlar müstəvisində artıq yetişmiş və həssas, üstəlik, dövlətlərarası əlaqələrə dəxli olan mövzulardan gedirsə, bu keyfiyyət xüsusilə aktuallaşır. Ehtimal ki, Zaxarova da özünü inandırıb ki, cəsarətli hücum mövqeyi həmişə uduşludur – üstəgəl, elə bir məqamda ki, qəfil səslənən məntiqi sualı ört-basdır eləməyə bir şey tapılmasın.
Səbəbsiz yerə azərbaycanlı jurnalistin üzərinə kükrəyib, onu öz həmkarları ilə birgə ədəbsizlikdə suçlayan Zaxarova bununla təmsil elədiyi idarəni və tutduğu vəzifəni də aşağılamış oldu. Niyə görə?

Əvvəla, planlaşdırılan mətbuat konfransında jurnalistin sözünü kobud şəkildə kəsməklə o, təkcə tərbiyəsizliyini göstərmədi, eyni zamanda absurdluğa yuvarlanmış oldu. Yeri gəlmişkən, absurdluq – artıq birinci yüz illik deyil ki, siyasətçilərin arsenalında möhkəm yer tutur və çeviklik, bacarıq çatışmayan vəziyyətlərdən çıxmağa yaxşı kömək edir. Belə hallarda absurdçular hay-küyə ona görə baş vururlar ki, aydın mövqe sərgiləməkdən yayınsınlar.

Zaxarovanın özünün sözlərinə görə, o, Azərbaycan jurnalist mətbəxinin Dilqəm Əsgərov probleminə yanaşması ilə tanışdır. Ancaq o, hardan bilsin ki, nəinki azərbaycanlı jurnalistlərin, bütövlükdə həmvətənlərimizin xaincəsinə ömürlük həbsə məhkum edilmiş kəlbəcərlinin taleyinə ortaq yanaşması nədən ibarətdir.



Mariya Zaxarova nədənsə hamıya ağıl öyrətmək haqqının olduğunu düşünərək, - hərçənd onun özü peşə etikası məsələsində axsayır, - eyni vaxtda bir neçə kobud səhvə yol verdi. Başqa yandan, azərbaycanlı həmkarlarını əsassız şəkildə ləyaqətli davranmamaqda ittiham edən XİN sözçüsü heç kimə lazım olmayan qalmaqal törətdi. Ardınca da mövzunu tikanlı nifaq kolları arasına soxaraq, akkreditasiyası olan bir insanın qanuni qaydada informasiya almasını əngəllədi. Beləcə, rüsvayçı şəkildə qalmaqal yaratmaqla vəzifə səlahiyyətlərindən sui-istifadənin klassik nümunəsini göstərdi. XİN-in rəsmi nümayəndəsinə bunca aşırı həyasızlıq heç yaraşmır.

Bu, birinci hal deyil ki, azərbaycanlı jurnalistlərin sualları Rusiya XİN-də qəzəbə və qeyri-adekvat reaksiyaya tuş gəlir. Jurnalist Anar Həsənovun “təxribatçı sualı” ilə bağlı insidenti xatırlatmaq yetər.

Mariya Zaxarovanın rüsvayçılığı və Psakinin solğun görünüşünsı sual ki, Rusiya xarici işlər naziri Sergey Lavrovu quduzlaşdırmış və nəticədə o, isti izlərlə təkcə jurnalistlə yox, həm də Anar Həsənovun təmsil etdiyi ölkə ilə haqq-hesab çəkmişdi

– Azərbaycanın işğaldan qurtulmaq kimi qanuni haqqını qulaqardı edərək.

Mariya Zaxarova isə Rusiya diplomatiyasının passivinə yazılmış Lapşin işi ilə bağlı uğursuzluqdan sonra hələ də qoltuğunda daş gəzdirməkdə davam edir. Və necə ki, məqam yetişdi, ilk fürsətdəcə daşı xoşlanmadığı azərbaycanlı jurnalistlərə tərəf tulladı.
Yada salaq ki, Belarus hüquq-mühafizə orqanları Lapşini saxlayanda məhz ilk olaraq, o, qəti şəkildə bəyan eləmişdi ki, “Rusiya öz vətəndaşlarının üçüncü ölkəyə verilməsinin yolverilməz olduğunda təkid edir”. Ancaq onun çoxmənalı imperativi gözlənilən nəticəni vermədi və Rusiya XİN-in spikerinin hədə barmağı havada qaldı.

Mariya Zaxarovanın rüsvayçılığı və Psakinin solğun görünüşüladı. Dedi ki, Moskvanın məqsədi “bu məsələ ilə bağlı mövqeyi səlahiyyətli orqanlar vasitəsilə Belarus Xarici İşlər Nazirliyinə çatdırmaqdır”. Segey Lavrov da əmin idi ki, Moskva kimi Minsk də A.Lapşinin kobud qanun pozuntularına göz yumacaq və bununla da Bakının bu qatı pozucunu ekstradisiya etmək hüququnu iqnor edəcək.

Fəqət, alınmadı. Doğrudur, Bakı da bu beynəlxalq avantüristə havadarlıq edənlərin səylərinə üstün gəldi. İndi də belə çıxır ki, Rusiya xarici siyasət idarəsində bir anti-Azərbaycan xıltı formalaşıb və bu xılt da beynəlxalq medianın gözündə suveren bir dövlətin imicini korlamaq üçün səbəblər uydurur.

“Belə məqalələrdən (ədəbsiz – T.A.) sonra ünsiyyətdə olmaq istəmirsən... ədəbsizlik etməyə heç kim icazə verməyib... bunu həmkarlarınıza çatdırın” – vacib formada Zaxarova bildirib.

Bu – məhz qəlbi rahatlamayan bir kontekstdir ki var. Həmin kontekstə əsasən də guya azərbaycanlı jurnalistlər Rusiya tərəfinə pislik edib və o üzdən sanki madam Zaxarova özündən çıxıb.

Əgər Qərb KİV-lərinin gözucu monitorinqini keçirsək, aydın olar ki, orada məqalə müəllifləri nəinki Rusiyaya və rusiyalılar qarşı ədəbsizlik edir, hətta Rusiyanın maraqlarını, vətəndaşlarını çirkaba salıb tapdalayırlar. Di gəl, Zaxarova bu kimi alçaldıcı nəşrlərin yaradıcıları ilə hətta gözəl şəkildə ünsiyyət qurur. Həm də çox tez-tez göz-gözə şəkildə.

Bəs, bunu necə başa düşək? Yoxsa daim Qərbin ikili standartları bərqərar etmək üçün qüsurlu praktikadan istifadəsindən gileylənən Rusiya XİN-i də gerçəkdən selektiv yanaşmalarda öz darağını işləyib hazırlayıb?! Görünür ki, elə belədir.

Və nəhayət, “ədəbsizliyin” bərpası məsələsində kim olmasa da, Rusiya diplomatiyası ən yaxşı halda sussa, yaxşıdır. Çünki birbaşa efirdə Sergey Lavrovun ağzından çıxan (Moskvada ərəb xarici işlər naziri ilə birgə mətbuat konfransında mikrofonu sönülü bilən Rusiya XİN başçısının qonağın ünvanına səsləndirdiyi kobud ifadə nəzərdə tutulur – red.) “Kütbeyinlər, bl...” (hələ biz Rusiyanın BMT-dəki yeni nümayəndəsinin incilərindən danışmırıq) sözlərindən sonra daha yaxşı olar ki, qeyri-normativ hərəkətlər mövzusundan ruslar yan keçsinlər. Heç olmasa, müvəqqəti...

Rusiya nümayəndələrinin timsalında ifa olunan biabırçılıq nəinki jurnalist etikası, insanlıq etikası ilə də bir araya sığmır. Hətta Cenifer Psakinin təcrübəsi də bunu sübut edir.

Tofiq Abbasov, jurnalist-təhlilçi (minval.az)

P.S. Yazının əsli bu linkdə:
http://minval.az/news/123684099
Tarix: 29-04-2017, 08:05
Xəbəri paylaş





Xəbər lenti